Tarix Muzeyi: Azərbaycanda həsirçilik sənəti, onun türk xalqları ilə bağlılığı araşdırılıb
Bakı, 7 oktyabr, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya elmi fond şöbəsinin əməkdaşı, elmi işçi Fəridə Xəlilovanın “Azərbaycanda həsirçilik sənəti və onun inkişafında qadının rolu” (The art of wicker and the role of women in its development in Azerbaijan) məqaləsində Azərbaycanda həsirçilik sənəti, onun türk xalqları ilə bağlılığı araşdırılıb, etimoloji təhlillər aparılıb.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, tədqiqat zamanı muzeyin Etnoqrafiya fondunda qorunan bir sıra həsir məmulatının təyinatı öyrənilib.
Məqalə Ulakbim, TR Dizin, ERIH PLUS, Crossref, CEEOL, Index Copernicus, SOBİAD və digər bazalarda indekslənən “Vakanüvis- Uluslararası Tarih Araştırmaları” jurnalında dərc edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [15:36]
BMU “ADEX 2026”da 11 elmi-tədqiqat nəticəsi və innovativ həll təqdim edib
- 02.10.2026 [15:28]
BDU EIFL-in Baş Assambleyasında təmsil olunub
- 02.10.2026 [14:48]
AMEA XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq
- 02.10.2026 [14:25]
“Tədqiqatlarda süni intellektin tətbiqi” mövzusunda təlim
- 02.10.2026 [13:18]
® Təhsil işçilərinə minimum 0 faiz komissiya ilə 100 min manatadək kredit
- 02.10.2026 [13:09]