Tariximizin şərəf və qəhrəmanlıq səhifəsi
Bakı, 20 yanvar (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsində Аzərbаycаn хаlqının tаriхinə Qаnlı Yаnvаr fаciəsi kimi dахil оlmuş 20 Yаnvаr hаdisəsinin 22-ci ildönümü ilə əlаqədаr “Tаriхimizin şərəf və qəhrəmаnlıq səhifəsi” mövzusundа kоnfrаns keçirilmişdir.
Bölmədən AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə tədbir iştirakçıları xalqımızın azadlığı və müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə başda Mixail Qorbaçov olmaqla sоvet imperiyasına rəhbərlik edən ermənipərəst şəxslərin Bakıda törətdikləri qanlı faciənin ağır nəticələrindən danışmışdır. Bildirmişdir ki, 22 il bundan əvvəl törədilmiş faciə təkcə Azərbaycan xalqına qarşı yox, həm də bəşəriyyətə, humanizmə, insanlığa qarşı yönəldilmiş siyasət idi.
Akademik İ.Hacıyev ХХ əsrin ən dəhşətli fаciələrindən sаyılаn və tаriхimizin həm kədərli, həm də qəhrəmаnlıq səhifəsini təşkil еdən 20 Yanvar hadisəsinə hüquqi-siyasi qiymət verilməsində ümümmilli lider Heydər Əliyevin böyük xidmətlərini xüsusi vurğulamış, şəhidlərin adlarının əbədiləşdirilməsindən, onların ailə üzvlərinə göstərilən diqqət və qаyğıdаn söz açmışdır.
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, professor Fəxrəddin Səfərlinin, həmin institutun əməkdaşları Asəf Orucov və Toğrul Xəlilovun “20 Yanvar faciəsinə gedən yol”, “Heydər Əliyev və 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsi”, “20 Yanvar faciəsi: nəticə və ibrət dərsləri” mövzularında məruzələri dinlənilmişdir. Məruzələrdə 20 Yanvar faciəsi zamanı 137 nəfərin vəhşicəsinə qətlə yetirildiyi, 700-dək şəxsin yaralandığı, 800-dən çox adamın qanunsuz həbs edildiyi və bu qanlı, çirkin əməliyyatın yerinə yetirilməsində 170 minlik ordudan istifadə edildiyi vurğulanmışdır.
Bildirilmişdir ki, faciə törədilən zaman ölkəmizdən uzaqda - Moskvada yaşayan ulu öndər Heydər Əliyev Azərbaycanın bu şəhərdəki daimi nümayəndəliyinə gedərək, 20 Yanvar faciəsini törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb etmişdir. Onun cəsarətli bəyanatı media vasitəsi ilə bütün dünyaya çatdırılmışdır.
Qeyd olunmuşdur ki, ölkənin və xalqın azadlığını, şərəf və ləyaqətini uca tutan, torpaqlarımız uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan Vətən övladlarının şanlı qəhrəmanlığı gələcək nəsillər üçün bir örnəkdir.
Sonda qanlı hadisələri əks etdirən videogörüntülər nümayiş olunmuşdur.