TASİS-İN 2004-2006–CI İLLƏRDƏ AZƏRBAYCANDA İNDİKATİV FƏALİYYƏT PROQRAMI BƏYƏNİLMİŞDİR
AB-nin Azərbaycana texniki yardımı əlaqələndirmə bürosundan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, tərəflər TASİS proqramı çərçivəsində layihələri həyata keçirmək üçün 30 milyon avro ayrılması barədə razılığa gəlmişlər.
Layihələr respublikanın hüquqi və inzibati sahələrində islahatlar aparılması, özəl sektorun inkişaf etdirilməsi istiqamətlərində həyata keçiriləcəkdir. O cümlədən sərhədlərin idarə olunmasını modernləşdirmək və insan alverinin qarşısını almaq, pensiya sisteminin və sosial yardımın inzibati strukturunun inkişafı, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin institusional sisteminin inkişafı proqramlarını davam etdirmək nəzərdə tutulur.