Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Tax free”nin tətbiqi ölkənin turizm üzrə rəqabət qabiliyyətini artırır

“Tax free”nin tətbiqi ölkənin turizm üzrə rəqabət qabiliyyətini artırır

Bakı, 17 avqust, AZƏRTAC

“2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”ndə nəzərdə tutulan dəyişikliklərdən biri də Azərbaycanı turistlər üçün cəlbedici ölkəyə çevirmək və bütövlükdə turizm sektorunu inkişaf etdirmək məqsədilə ölkə ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədi üçün nəzərdə tutulmayan mallara ödənilmiş ƏDV-nin qaytarılması (“tax free”) sisteminin tətbiqinin genişləndiriliməsi ilə bağlıdır.

Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin Vergi siyasəti idarəsinin rəisi Nicat İmanovla müsahibə bu mövzuya həsr olunub.

-Nicat müəllim, “tax free” sistemi barədə bir qədər ətraflı məlumat vermənizi istərdik.

-“Tax free” sistemi ilk dəfə İsveçdə yaranıb, hazırda Avropa İttifaqı və digər ölkələrdə tətbiq olunur. Bu xidmət bütün ölkələrdə yalnız xarici vətəndaşlar üçün nəzərdə tutulub. Adətən, turistlər hər hansı xarici ölkəyə gedərkən orada “tax free” sisteminin tətbiqinin şərtlərini də öyrənir və etdikləri alış-veriş məbləğindən neçə faizini geri alacaqlarını əvvəlcədən hesablayırlar. ƏDV-nin məbləği tətbiq olunduğu ölkələrə görə dəyişir...

Ölkəmizə xarici turistlərin marağının artırılması, turizm sektorunda son illər ərzində nail olunmuş sürətli inkişafın davamlılığının təmin edilməsi və rəqabət qabiliyyətinin möhkəmləndirilməsi üçün beynəlxalq təcrübədə xarici turistlərə münasibətdə geniş istifadə edilən “tax free” sisteminin bu ilin iyun ayından respublikamızda da tətbiqinə başlanılıb. Bu sistemə əsasən, ölkəmizdə xarici turistlər tərəfindən alınmış mala görə ödənilən ƏDV məbləğinin onlar ölkəni tərk edərkən özlərinə qaytarılması təmin olunur. Alıcı aldığı malları Azərbaycan Respublikası ərazisindən apardıqda aldığı mallara dair e-VHF-ni öz pasportu ilə birlikdə gömrük sərhəd-buraxılış məntəqəsində gömrük orqanı əməkdaşına təqdim etməlidir. E-VHF-nin məlumatları gömrük orqanı tərəfindən vahid məlumat bazasında eyniləşdirildikdən sonra avtomatik risk qiymətləndirməsi aparılır.

Qiymətləndirmənin nəticələri əsasında alıcının və ona məxsus malların gömrük nəzarətindən keçməli olub-olmadığı proqram təminatı vasitəsilə açıqlanır.

Alıcının və ona məxsus malların gömrük nəzarətindən keçməsi tələb edildiyi halda, alıcı həmin malları gömrük baxışının keçirilməsi məqsədilə gömrük orqanı əməkdaşlarına təqdim etməlidir. Gömrük orqanı əməkdaşları təqdim olunmuş mallarla vahid məlumat bazasına daxil edilmiş məlumatların uyğunluğunu yoxladıqdan sonra, qaytarılacaq ƏDV məbləği barədə alıcının təqdim etdiyi e-VHF-də təsdiq qeydi aparır, möhürlə təsdiqləyərək alıcıya təqdim edir və vahid məlumat bazasında e-VHF-ni təsdiqləməklə məlumatı real vaxt rejimində müvəkkil banka ötürür. Alıcı dövlət sərhədinin buraxılış məntəqəsindən keçdikdən sonra müvəkkil bank gömrük orqanı tərəfindən möhürlə təsdiq olunmuş e-VHF-yə əsasən qaytarılmalı olan ƏDV məbləğini alıcının istəyinə uyğun olaraq milli valyutada nağd ödəniş kimi və ya 10 iş günündən gec olmayaraq xarici və ya milli valyutada bank kartına və ya hesabına köçürmə qaydasında qaytarır.

Azərbaycanda “tax free” bir elektron vergi hesab-fakturası üzrə malların dəyəri ƏDV ilə birlikdə 300 manatdan çox olduğu hallarda tətbiq edilir. ƏDV-nin alıcıya qaytarılması isə nağd ödəniş və ya bank kartına köçürmə yolu ilə həyata keçirilir. Alıcıya ödəniləcək ƏDV məbləğindən operatorun göstərdiyi xidmətlərə görə 20 faiz həcmində xidmət haqqı və bank komissiya haqqı tutulur.

-“Tax free” sisteminin tətbiqi qanunvericilikdə necə təsbit edilib?

-Bu sistemin tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 12 iyul tarixli fərmanı ilə “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası” təsdiq edilib. Artıq Vergi Məcəlləsində də bu sistemin tətbiqini təmin etmək məqsədilə əlavə və dəyişikliklər aparılıb. Bunlarla yanaşı, bir sıra digər normativ hüquqi aktların da bu fərmana uyğunlaşdırılması ilə bağlı işlər aparılır.

-Sistemin vahid məlumat bazasının operatoru Vergilər Nazirliyidir. Burada nazirliyin əsas fəaliyyəti nədən ibarətdir?

-“Tax free” inzibatçılığı üzrə əsas məsul subyekt operatordur və qeyd etdiyiniz kimi, ölkəmizdə operator olaraq Vergilər Nazirliyi müəyyən edilib. Vergilər Nazirliyi malların satışının rəsmiləşdirilməsi və ƏDV-nin qaytarılması işlərini təşkil edir, proqram təminatının daim işlək vəziyyətdə saxlanılmasını və fasiləsiz işləməsini, “tax free” mərkəzi informasiya sisteminin yaradılmasını və idarə edilməsini təmin edir.

-Ölkəmizdə yeni tətbiq olunan bu sistem hansı nəticələri verir?

-Bu sistem ölkəyə xarici turistlərin cəlb edilməsini təşviq edir, habelə onların ölkə ərazisində mal almasını stimullaşdırır. “tax free” sisteminin tətbiq olunması sərhəd məntəqələrindən alış-veriş edən turistlər üçün hava limanlarında, sərhəd-keçid məntəqələrində məbləğin müəyyən qisminin geri qaytarılmasına şərait yaradır. Bu isə turistləri xərcləmələrə təşviq edən mexanizmdir. Bu sistem ölkənin turizm üzrə rəqabət qabiliyyətini artırır, ölkəyə xarici valyuta gətirilməsini təmin edir, ölkədə pərakəndə ticarətdə rəqabəti artırmaqla satış dövriyyəsini genişləndirir, habelə turist yönümlü istehsalı stimullaşdırır. İstehsal mühitinin formalaşdırılması, rəqabətli məhsulların istehsalı və dünya bazarına çıxarılması, daha sonra ölkəyə valyuta axını əldə etmək iqtisadi baxımdan mühüm prosesdir. Bu baxımdan ölkəyə turist axınını təmin etməklə, turist xərcləmələrinin həcmini artırmaqla əlavə valyuta axınına nail olmaq mümkündür. Rəqəmlərə baxsaq görərik ki, Vergilər Nazirliyinin tətbiq etdiyi “tax free” sisteminə əsasən 45 min şəxsə 100 min manatdan artıq ƏDV qaytarılıb.

-“2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında Prezident sərəncamından irəli gələn məsələlərin icrası ilə bağlı “tax free” sistemində hansı yeniliklər olacaq?

-Sərəncamın icrası ilə bağlı “tax free” sisteminin hava limanından başqa digər sərhəd buraxılış məntəqələrində də tətbiqi həyata keçiriləcək. Artıq bununla bağlı qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi üçün qanun layihəsi hazırlanıb.

Proqram təminatı və vahid elektron məlumat bazası yaradıldıqdan, onun vergi və digər aidiyyəti dövlət orqanlarının, habelə müvəkkil bankın (bankların) istifadəsində olan elektron informasiya sistemlərinə inteqrasiyası təmin edildikdən sonra bu sistemin bütün sərhəd-buraxılış məntəqələrində qurulması hissə-hissə həyata keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir