TBİLİSİDƏ MDB ÖLKƏLƏRİ ENERGETİKA ŞURASININ İCLASI KEÇİRİLMİŞDİR
Gündəlikdəki 10-dan çox məsələ müzakirə olunduqdan sonra şura prezidentinin seçkisi keçirilmişdir. “Rusiya vahid energetika sistemi” Səhmdar Cəmiyyəti idarə heyətinin sədri Anatoli Çubays yenidən 2 il müddətinə MDB Ölkələri Energetika Şurasının prezidenti, Tacikistanın energetika naziri Curabek Nurmaxmatov isə vitse-prezidenti seçilmişlər.
A.Çubays Rusiya-Azərbaycan əlaqələrini yüksək qiymətləndirmiş və ölkəmizin həyata keçirdiyi irimiqyaslı üçtərəfli Rusiya-Azərbaycan-İran layihəsinin əhəmiyyətindən danışaraq bildirmişdir ki, həmin layihə gerçəkləşdirildikdən sonra (2007-ci il) bu ölkələrin elektrik enerjisi sistemləri sinxronlaşdırılacaqdır.
İclasda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti Marlen Əsgərov, “Azərenerji”nin mərkəzi dispetçer xidməti rəisinin müavini İlham Ağasıyev, Yanacaq və Energetika Nazirliyi elektrik enerjisi şöbəsinin müdiri Vidadi Həsənov iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [15:23]
Üçüncü rübdə Energetika Nazirliyi tərəfindən 149 icazə verilib
- 08.10.2026 [14:02]
Çindən Azərbaycana dəmir yolu ilə daşınan blok-qatarların sayı 40 faiz artıb
- 08.10.2026 [14:02]
“Azərkosmos” Beynəlxalq Kosmik Hüquq İnstitutu ilə memorandum imzalayıb
- 08.10.2026 [13:12]