Azərbaycan Dövlət İnformasiya Agentliyi

TƏHSİL İŞÇİLƏRİNİN RESPUBLİKA KONFRANSI

AZƏRTAC xəbər verir ki, sentyabrın 5-də Musiqili Komediya Teatrında təhsil işçilərinin “Azərbaycan təhsilinin bu günü və inkişaf perspektivləri” mövzusunda respublika konfransı keçirilmişdir.

Konfransda Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Baş nazirin müavini Elçin Əfəndiyev, Prezidentin İcra Aparatının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Milli Məclisin deputatları, səhiyyə, mədəniyyət və turizm, əmək və əhalinin sosial müdafiəsi nazirləri, Təhsil Nazirliyinin idarə rəisləri və şöbə müdirləri, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq qurumların təmsilçiləri, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri, rayon və şəhər təhsil şöbələrinin müdirləri iştirak edirdilər.

İştirakçılar əvvəlcə teatrın foyesində təşkil olunmuş və Azərbaycan təhsilinin nailiyyətlərindən bəhs edən sərgiyə baxdılar.

Prezidentin İcra Aparatının rəhbəri RAMİZ MEHDİYEV konfransı giriş sözü ilə açaraq vurğuladı ki, respublikanın təhsil ictimaiyyətinin ənənəvi konfransı ölkəmizin mühüm bir vaxtında öz işinə başlayır. Müstəqilliyimizin əldə olunmasından ötən 15 ildə qloballaşan dünyanın tərkib hissəsinə çevrilərək, bütün müasir iqtisadi, siyasi, elmi-mədəni və sair prosesləri özündə əks etdirən Azərbaycan bu gün öz inkişaf sürətinə görə nəinki MDB ölkələrini, hətta dünya ölkələrinin çoxunu geridə qoyubdur. Azərbaycan Prezidenti İlham Əliyevin sözləri ilə desək, bütün bu nailiyyətlərin bəhrəsini hər bir azərbaycanlı ailəsi hiss etməlidir. Eyni zamanda, bu, cəmiyyətin intellektual, mədəni, sosial və elmi-texnoloji potensialının formalaşmasında və möhkəmlənməsində də öz əksini tapmalıdır. Sürətli inkişaf yoluna qədəm qoyan ölkəmizin qazandığı uğurlardan daha çox məhz Azərbaycan təhsili faydalanmalıdır. 2003-cü ildə informasiya cəmiyyəti üzrə keçirilən ümumdünya sammitində Prezident İlham Əliyev ölkəmizin “qara qızıl”ını insan potensialı qızılına çevirmək zərurətini ön plana çəkmişdir. Bu çağırış təhsil və elmi qurumların qarşısında qoyulan mühüm vəzifələrdən biridir. Ona görə də bugünkü konfrans bu çağırışın reallaşması yolunda atılan addımlardan biri olmalıdır.

Təhsil dövlət siyasətinin ayrılmaz hissəsidir. Dünən o, sırf milli maraqlarla bağlı siyasət idisə, bu gün artıq həm də sırf iqtisadiyyatımızın gələcəyi ilə bağlı məsələdir. Biliklərə əsaslanan iqtisadiyyatın yaradılması təhsilimiz qarşısında həm yeni problemlər ortaya çıxarır, həm də bunların həlli üçün digər qurumların səylərinin səfərbər olunmasını tələb edir. Hər bir ölkədə informasiya cəmiyyəti yeni texnologiyalarla yanaşı, milli dəyər və ənənələrə əsaslanır. Ümummilli liderimiz Heydər Əliyevdən bizə miras qalan ən böyük sərvət azərbaycançılıq konsepsiyasıdır. Bu, elə bir bünövrədir ki, hər bir yenilik məhz bu fəlsəfə daxilində milli-mənəvi dəyərlərimizə uyğun olaraq gerçəkləşməlidir.

Azərbaycan təhsilində islahatların uğurla həyata keçirildiyini xatırlatmaqla yanaşı, R.Mehdiyev təhsil sistemimizdə çox ciddi problemlər olduğunu, bunların həm təhsilin idarə edilməsində, həm də onun məzmununda özünü büruzə verdiyini bildirdi. Bununla əlaqədar məktəbəqədər təhsil müəssisələrindəki, ümumtəhsil, orta ixtisas və ali təhsil məktəblərindəki mövcud vəziyyət barədə fikirlərini açıqladı, xüsusilə tədrisin keyfiyyətinin aşağı olmasının, dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən istifadə edilməməsinin, müəllimlərin heç də hamısının peşə hazırlığının günün tələblərinə cavab verməməsinin, dərsliklərin səviyyəsinin aşağı olmasının, ali məktəblərdə tədris proqramlarına aid mövcud ədəbiyyatın həddən artıq köhnəlməsinin narahatlıq doğurduğunu bildirdi.

R.Mehdiyev özəl təhsil müəssisələrinin fəaliyyətinə də toxunaraq dedi ki, bütün dünyada olduğu kimi, bizdə də bu sahədə təhsilin keyfiyyəti dövlət ali məktəblərindən daha yüksək olmalıdır. Özəl ali məktəblərin kiminsə sırf qazanc mənbəyinə çevrilməsi ilə razılaşa bilmərik və Təhsil Nazirliyinin son vaxtlar həyata keçirdiyi tədbirlər davam etdirilməli, heç bir özəl təhsil ocağı dövlət nəzarətindən kənarda qalmamalıdır.

O, daha sonra vurğuladı ki, cəmiyyətimizi narahat edən bir problemə də xüsusi diqqət yetirilməlidir. Təhsil ocaqlarında müxtəlif mənfi və eybəcər hallar - rüşvətxorluq və korrupsiya mövcud olsa da, bunlara qarşı mübarizə yox dərəcəsindədir. Korrupsiya ilə Mübarizə Komissiyasi tərəfindən bu istiqamətdə ciddi tədbirlər görüləcəkdir.

R.Mehdiyev çıxışının sonunda dedi ki, 2010-cu ilə qədər biz Avropanın təhsil məkanına inteqrasiya olmalıyıq. Bunun üçün bizdən nə tələb olunur? YUNESKO tərəfindən ali təhsil üzrə 1998-ci ildə keçirilən ümumdünya konfransı, əslində, informasiya cəmiyyəti üçün ali təhsilin yeni məqsəd və funksiyalarını təsdiq etmişdir. Konfransın yekunları haqqında yalnız bir fikri xüsusi vurğulamaq kifayətdir: “Bu, insanın təhsilə yiyələnmə prosesinin onu ömrü boyu müşayiət etməsidir”. Ali təhsilin, əslində, yeni paradiqması formalaşdırılıb və buna uyğun olaraq ümummilli, regional və beynəlxalq müstəvidə müxtəlif tədbirlər reallaşmağa başlayıbdır. Bizim təhsildə mövcud olan vəziyyət bu tələblərə nə dərəcədə uyğundur? Bu haqda biz düşünməliyik. 1999-cu il iyunun 19-da Bolonya şəhərində Avropa ölkələri təhsil nazirlərinin imzaladığı birgə bəyanat artıq Avropa İttifaqı daxilində ali təhsil üçün yeni standartları bərqərar etmişdir. Bolonya prosesinə qoşulan hər bir ölkə, o cümlədən Azərbaycan 6 əsas prinsipə riayət edərək ümumavropa təhsil məkanında tələbələrin və müəllimlərin mübadiləsini xeyli asanlaşdırmış olur. Lakin bizim proqramlarımızda və qiymətləndirmə sistemində kifayət qədər ciddi fərqlər olduğundan, bu problemin həllindən kənardayıq.

İnanmaq istərdik ki, dövlət tərəfindən daim diqqət mərkəzində olan təhsil sistemi işçiləri öz fəaliyyətlərinə obyektiv və tənqidi yanaşacaq, dövlətimizin başçısının onların qarşısında qoyduğu vəzifələri yerinə yetirmək və tədrisin keyfiyyətini müasir tələblər səviyyəsinə qaldırmaq üçün səylərini əsirgəməyəcəklər.

Sonra məruzə ilə çıxış edən təhsil naziri MİSİR MƏRDANOV ulu öndər Heydər Əliyevin “Təhsil həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O, milli məqsədlər, milli mənafelər əsasında qurulmalıdır” sözlərini xatırladaraq dedi ki, bu məqsədlərə xidmət edəcək təhsil islahatlarının aparılması da məhz ümummilli liderimizin bilavasitə təşəbbüsü ilə mümkün olmuşdur. Ölkə Prezidenti İlham Əliyev bu prosesin davam etməsinə xüsusi diqqət və qayğı göstərir. Bir neçə il ərzində təhsilin prioritetləri ilə bağlı elmi surətdə əsaslandırılmış 16 dövlət proqramının hazırlanmasına və həyata keçirilməsinə zəmin yaranmışdır.

Sonra nazir hər bir təhsil pilləsi üzrə (məktəbəqədər təhsil, orta təhsil, texniki peşə təhsili, orta ixtisas təhsili və ali təhsil) ötən bir neçə ildə həyata keçirilmiş islahatyönümlü tədbirlər, əldə edilmiş nailiyyətlər, mövcud problemlər və onların həlli istiqamətində görüləcək işlər barədə ətraflı məlumat verdi.

Eyni zamanda, şagirdlərin biliyinin qiymətləndirilməsinin müasir tələblərə cavab verən yeni mexanizminin yaradılması, milli və beynəlxalq qiymətləndirmə üzrə həyata keçirilən tədbirlər haqqında danışdı.

Məktəbəqədər təhsili ən problemli sahə kimi səciyyələndirən nazir dedi ki, bağçalarımıza uşaqların cəlbi aşağı səviyyədə, ölkə üzrə 19,9 faizdir. Hər il birinci sinfə qəbul edilən uşaqların orta hesabla cəmi 15 faizə qədəri bağçalardakı məktəbə hazırlıq qruplarından gəlir. Halbuki, bir sıra inkişaf etmiş ölkələrdə 5 yaşlıların hamısı icbari olaraq uşaq bağçalarına getməlidir.

Orta təhsilin müstəsna rolunu vurğulayan nazir bildirdi ki, son illərdə səylər daha çox bu sahənin problemlərinə yönəlmişdir. Təkcə 2005-ci ildə 328 yeni məktəb binası tikilmişdir. 2006-cı ildə 230 yeni məktəbin və əlavə korpusların inşasına başlanıbdır. Bu işdə Heydər Əliyev Fondunun müstəsna xidmətləri var. Lakin 300-dən çox məktəbin binası hələ də qəza vəziyyətindədir, bir o qədər məktəb isə şəraiti olmayan uyğunlaşdırılmış binalarda yerləşir.

Eyni zamanda, M.Mərdanov xatırlatdı ki, 2005-ci ildə bütün I-XI sinif şagirdlərinin dərsliklərlə pulsuz təmin edilməsi başa çatdırılmış, Azərbaycan postsovet məkanında orta məktəb şagirdlərinin dərsliklərlə pulsuz təmin edilməsini reallaşdıran yeganə ölkə olmuşdur. 2006-cı ildə bu istiqamətdə işlər davam etdirilmiş, 108 adda 5 milyon nüsxədən artıq dərslik nəşr edilərək məktəblərə paylanmışdır. Lakin təhsilin mərkəzində dayanan başlıca sima müəllimdir. Əldə etmək istədiyimiz bütün nəticələrin, apardığımız islahatların, ilk növbədə keyfiyyətli təhsilin taleyi məhz müəllimlə bağlıdır. Bu səbəbdən müəllimin cəmiyyətdə statusunun, onun nüfuzunun bərpası əsas vəzifələrimizdən biri olaraq qalır. Hazırda ixtisaslı müəllim olmadığından 500-dək məktəbdə xarici dil fənni tədris olunmur, məktəblərdə müxtəlif fənlər üzrə 54 min saat dərs qeyri-ixtisaslı müəllimlər tərəfindən tədris olunur.

Bir çox təhsil müəssisələrinin, o cümlədən ümumtəhsil məktəblərinin rəhbərləri səriştəlilik və peşəkarlıq baxımından özlərini doğrultmurlar. Məktəblərdə baş verən nöqsanların, mənfi halların, antipedaqoji hərəkətlərin başlıca səbəbi məhz bununla əlaqədardır. Ona görə də təhsil müəssisəsi rəhbərlərinin attestasiyası haqqında ciddi fikirləşməyin vaxtı gəlib çatmışdır.

Texniki peşə təhsilindən danışarkən nazir dedi ki, bu sistemin dirçəldilməsi üçün müəyyən işlər görülsə də, çatışmazlıqlar həddən artıqdır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, müxtəlif fəaliyyət sahələri üçün yeni texnologiyalara yiyələnən sənətkar kadrların hazırlanması ölkənin dinamik inkişafında həlledici amillərdən biridir. Həmin ölkələrdə orta məktəb məzunlarının 40-60 faizi texniki peşə təhsili ilə əhatə olunursa, Azərbaycanda bu, cəmi 5-8 faiz təşkil edir.

Bazar iqtisadiyyatı şəraitində əmək bazarının tələbatının tez-tez dəyişdiyi indiki vaxtda kiçik mütəxəssislərə tələbat həmişə hiss olunur. Ona görə də orta ixtisas təhsili şəbəkəsinin müasir infrastruktura uyğun müəyyənləşdirilməsi və inkişaf etdirilməsi vacib vəzifələrdən biridir.

Ali təhsildə mütəxəssis hazırlığında ikipilləli struktura keçid, bir sıra universitetlərə muxtariyyət hüququnun verilməsi, şübhəsiz, uğurlu addımlar kimi qiymətləndirilməlidir. Ali təhsil sistemində edilən əsaslı dəyişikliklərdən biri də beynəlxalq təcrübəyə uyğun olaraq bütün istiqamətlər üzrə yeni nəsil dövlət təhsil standartlarının hazırlanmasıdır. Bununla əlaqədar ali məktəblər qarşısında mühüm vəzifələr durur.

Ali təhsil sistemində ciddi problemlərdən biri də müəllim hazırlığı ilə bağlıdır. Bunu nəzərə alaraq “Azərbaycan Respublikasında pedaqoji təhsilin konsepsiya və strategiyası” sənədi hazırlanmış, təsdiq üçün hökumətə təqdim olunmuşdur.

Nazir təhsil sahəsində beynəlxalq əməkdaşlıqdan da bəhs etdi. Bildirildi ki, bu sahədə işlər ölkəmizin milli maraqlarına və Azərbaycan Prezidenti tərəfindən müəyyən olunmuş xarici siyasət strategiyasına uyğun olaraq həyata keçirilir. Təhsil Nazirliyi dünyanın 30-dək dövləti ilə təhsil əlaqələri yaratmış, 20-dən artıq beynəlxalq təşkilatla 70-dən çox birgə layihə və proqramlar həyata keçirir.

M.Mərdanov dedi ki, konfransda səslənən konstruktiv təkliflər, təhsil qanunvericiliyinin təkmilləşdirilməsində, ilk növbədə, hazırlanan yeni Təhsil Qanununda nəzərə alınacaqdır. Prezidentimizi, ölkə ictimaiyyətini əmin edirik ki, Azərbaycan təhsili özünün zəngin mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edəcək, dünya təhsil sistemində öz layiqli yerini tutacaqdır.

Sonra çıxış edən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri MƏLEYKƏ ABBASZADƏ ali məktəblərə və texnikumlara qəbul haqqında məlumat verərək bildirdi ki, builki qəbul kampaniyasında iştirakçıların rekord sayı Azərbaycan gənclərində təhsilə güclü həvəs olduğunu göstərir. Ali məktəblərdə yerlərin 93 faizi, texnikumlarda isə 98 faizi tutulmuşdur. Ali məktəblərə qəbul olanların təxminən 72 faizi 300-dən yuxarı, onlardan 992 nəfəri isə 600-dən çox bal toplamışdır. Lakin test imtahanları göstərir ki, humanitar fənlər üzrə mənimsəmə orta hesabla 32-39 faiz olsa da, riyaziyyat, fizika və kimyadan göstəricilər 30 faizə də çatmır. Orta məktəbləri “əla” qiymətlərlə bitirənlərin təxminən 40 faizi isə 300 baldan aşağı nəticə göstərir.

TQDK-nın sədri ali məktəblərdə tədris olunan ixtisasların əmək bazarının tələbinə uyğun gəlmədiyini də vurğulayaraq dedi ki, Azərbaycanda əmək bazarının informasiya-kommunikasiya texnologiyaları, maliyyə, menecment, neft, neft kimyası və analitik araşdırmalar sahələrində yüksək səviyyəli mütəxəssislərə ehtiyac var. Əgər biz bu barədə düşünməsək və lazımi tədbirləri görməsək, xarici mütəxəssislər gec-tez həmin yerləri tutacaqlar. Elə ixtisaslar da var ki, sovet vaxtından qalmışdır və hazırda onlara ehtiyac yoxdur, amma tələbə qəbulu davam edir. Lazım olan bir çox müasir ixtisaslar üzrə isə fakültələr və kafedralar yoxdur, kadr hazırlığı aparılmır. Buna görə də ali məktəblərdə mövcud olan ixtisasların kataloqlarının islah edilməsinə və yeniləşdirilməsinə ehtiyac vardır. Komissiya sədrinin fikrincə, ikipilləli təhsil modelinə (bakalavr+magistr) keçid nə elmi, nə də metodik cəhətdən hazırlanmamışdır. Ona görə də magistratura ali təhsilin daha yüksək pilləsi kimi deyil, formal bir pillə kimi fəaliyyət göstərir.

M.Abbaszadə TQDK-nın beynəlxalq əlaqələrindən də danışdı. Bildirdi ki, biliklərin qiymətləndirilməsi üzrə növbəti beynəlxalq konfrans 2007-ci ildə Bakıda keçiriləcək, onun işində 40 ölkədən 500-dən çox mütəxəssis iştirak edəcəkdir. 1974-cü ildən başlayaraq hər il keçirilən konfransın postsovet məkanında ilk dəfə Azərbaycanda təşkili beynəlxalq elmi ictimaiyyətin ölkəmizdə bu sahədə görülən işlərə yüksək qiymət verməsinin təzahürüdür.

Səhiyyə naziri OQTAY ŞİRƏLİYEV tibb təhsili sahəsində güclü elmi-pedaqoji potensial olduğunu və indiki islahatlar dövründə onu qoruyub saxlamağın vacibliyini söylədi. Eyni zamanda, həkim kadrların hazırlanması ilə bağlı problemlərə toxunaraq dedi ki, hazırda bütün dünyada tibbi xidmətin 75-80 faizi ilkin xidmətlə bağlıdır. Həmin ilkin tibbi xidməti də ümumprofilli həkimlər göstərir. Bəzi ölkələrdə onlara ailə həkimi deyirlər. Onların təhsili elə aparılır ki, demək olar, bütün sahələrdə xəstələrə ilkin tibbi yardım göstərə bilirlər. Yəni həm nəzəri, həm də praktik baxımdan lazımi hazırlıq keçirlər.

Nazir səhiyyə sahəsində mütəxəssislərin hazırlanmasından danışaraq vurğuladı ki, abituriyentlər ali məktəblərə daxil olanda dəqiq bilir ki, pis-yaxşı oranı qurtaracaqdır. İnkişaf etmiş ölkələrdə isə qəbul olunanların 20-40 faizi ali məktəbi qurtara bilmir. Yəni ilbəil ixtisar olunur. Bəzi ölkələrdə bu rəqəm 60-65 faizə çatır. Şübhəsiz ki, ali məktəbi bu cür qurtaranlar da yüksək səviyyəli mütəxəssis olurlar.

Digər bir problem rayonlarda tibbi kadrların çatışmamasıdır. Hətta Bakı şəhərinin bəzi rayonlarında da bir çox vakant həkim, orta tibb işçisi yeri var.

Nazir daha sonra dedi ki, Azərbaycan Prezidenti İlham Əliyev səhiyyəyə çox böyük diqqət verir, yeni, çox müasir xəstəxanalar, müalicə-diaqnostika mərkəzləri tikilir. Məsələn, bu yaxınlarda Lənkəran şəhərində Prezidentin iştirakı ilə müalicə-diaqnostika mərkəzi açıldı. Orada quraşdırılmış ən müasir aparatlarla işləmək üçün mütəxəssislər hazırlamışıq. Amma belə mərkəzlər respublikanın başqa rayonlarında da olacaq və ona görə bilikli mütəxəssislərin hazırlanması mühüm məsələ kimi qarşıda durur.

Nazir həmçinin bildirdi ki, bu il ilk dəfə olaraq, Tibb Universitetinin məzunlarının 60-65 faizə qədəri rayonlara göndərilmişdir.

YUNİSEF-in Azərbaycandakı nümayəndəsi HANA SİNGER bildirdi ki, Azərbaycan Təhsil Nazirliyi ilə əməkdaşlıq 4 əsas istiqamətdə inkişaf edir: ibtidai təhsilin keyfiyyətinin yaxşılaşdırılması, məktəbəqədər yaşlı uşaqlar üçün təhsilin genişləndirilməsi, təhsil sistemi vasitəsilə vacib həyati vərdişlərin inkişafı və deinstitutsionallaşdırmaya və alternativ qayğıya dair dövlət proqramının dəstəklənməsi. Biz uşaqların gələcəkdə onlara kömək edəcək bilik və vərdişlər qazanmasından ötrü “uşaqlar üçün məktəblər” konsepsiyasının tətbiqi istiqamətində Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edirik.

H.Singer Azərbaycanda kiçikyaşlı uşaqların təhsil imkanlarının aşağı səviyyədə olduğunu xatırladaraq dedi ki, bu məqsədlə YUNİSEF uşaqların ilkin inkişafı proqramının genişləndirilməsi üçün xeyli səy göstərir.

YUNİSEF nazirliyin Azərbaycan təhsil sistemində təhsilə əsaslanan yeni həyat vərdişləri konsepsiyasının tətbiqinə yönəlmiş səylərini dəstəkləyir.

Sonda xanım Hana Singer təhsil sahəsinə, xüsusilə məktəbəqədər təhsilə sərmayə yatırılmasının vacibliyini vurğuladı. Onun fikrincə, Azərbaycan hazırda tarixinin mühüm mərhələsini yaşayır. İndi ölkənin sürətlə artan sərvətlərinin hansı sahəyə yönəldilməsi mühüm məsələdir. Uşaq təhsilinə sərmayə qoyuluşu ölkənin iqtisadi inkişafının açarıdır.

Əmək və əhalinin sosial müdafiəsi naziri FÜZULİ ƏLƏKBƏROV son 10 ildə ölkə iqtisadiyyatının inkişafında əldə olunmuş müsbət nəticələrin əhalinin sosial rifahının yüksəldilməsi və məşğulluğun inkişafına əlverişli şərait yaratdığını, bu sahədə uğurları artırmaq üçün əmək bazarının tələbi ilə təhsil sisteminin tam şəkildə əlaqələndirilməsinin, başqa sözlə, təhsil sistemi ilə məşğulluq sisteminin inteqrasiyasının zəruriliyini vurğuladı.

Nazir faktlara müraciət edərək dedi ki, məşğul əhalinin yalnız 19,2 faizini ali ixtisas təhsilli, 50,8 faizini isə tam orta təhsilli olanlar təşkil edir. İşsiz vətəndaşların 21,8 faizi ali, natamam ali, orta ixtisas və texniki peşə təhsillidirlər. Rəsmi qeydiyyatdan keçmiş işsizlərin əksəriyyətini 35 yaşınadək gənclər təşkil edir. 9-cu sinifdən sonra şagirdlərin orta hesabla 76 faizi ümumi təhsilini davam etdirir, 14 faizi peşə təhsili alır, qalan 10 faizinin isə heç bir bacarığı olmayan işçilər kimi əmək bazarına daxil olduğu güman edilir.

Nazirin sözlərinə görə, mövcud peşə təhsili sisteminin maddi-texniki və təlim bazası olduqca zəifdir və bu sahədə rəqabətqabiliyyətli kadr potensialı yaradılmalıdır. O, əmin olduğunu bildirmişdir ki, bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq, ixtisaslı kadrların hazırlanması üçün peşə hazırlığı sisteminin təkmilləşdirilməsi ilə bağlı görüləcək işlər təhsil sistemi ilə məşğulluq sisteminin inteqrasiyasını təmin edəcəkdir.

İqtisadi inkişaf nazirinin müavini SEVİNC HƏSƏNOVA təhsilin inkişaf etdirilməsi, onun müasir tələblər səviyyəsinə çatdırılması üçün iqtisadi bazanın və maliyyə imkanlarının vacibliyini vurğuladı. Onun sözlərinə görə, istənilən ölkədə davamlı sosial-iqtisadi inkişafın təmin edilməsinin əsasında məhz inkişaf etmiş insan kapitalı dayanır ki, bu da birbaşa olaraq yüksək səviyyəli təhsillə əlaqədardır.

Nazir müavini xatırlatmışdır ki, Azərbaycan dövlətinin təhsillə bağlı xərcləri ilbəil artır. Belə ki, 2006-cı ildə dövlət büdcəsindən təhsilə ötən ilə nisbətən 33 faiz, investisiya xərclərinə 20 faizədək çox vəsait nəzərdə tutulmuş, aspirantların və tələbələrin təqaüdləri 2,5 dəfə, minimum əmək haqqının qaldırılması ilə əlaqədar 320 mindən artıq təhsil işçisinin əmək haqqı orta hesabla 25 faiz artırılmışdır. Təhsil müəssisələrində işləyən və fəxri adları olan işçilərin əmək haqqına əlavələr verilməyə başlanmışdır. Xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin sayı artmışdır. Hazırda dünyanın aparıcı universitetlərində Azərbaycanın orta məktəblərini bitirmiş 3 mindən artıq gənc ölkə üçün zəruri ixtisaslara yiyələnir.

S.Həsənova bildirdi ki, BMT-nin İnkişaf Proqramı ilə həyata keçirilən “Qara qızılın insan qızılına çevrilməsi” layihəsi çərçivəsində “İnsan kapitalı” Fondunun da yaradılması nəzərdə tutulur.

Aparılan araşdırmalar göstərir ki, ölkədəki işsizlik problemi təkcə iş yerlərinin çatışmaması ilə deyil, həm də bu qəbildən olan vətəndaşların peşə ixtisas təhsilinin və əmək vərdişlərinin müasir əmək bazarının tələblərinə cavab verməməsi ilə bağlıdır. Deməli, onların yenidən ixtisaslaşmasına ehtiyac var ki, bu da təhsil sisteminin inkişafı, xüsusilə də yaşlıların təhsili sisteminin formalaşması nəticəsində mümkündür.

X X X

Fasilədən sonra konfrans öz işini davam etdirdi.

Milli Məclisin elm və təhsil daimi komissiyasının sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Yusif Məmmədov, Əzizbəyov rayonundakı 181 nömrəli orta məktəbin ibtidai sinif müəllimi, əməkdar müəllim Hökumə Əliyeva, Milli Məclisin deputatı, Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli, AMEA-nın müxbir üzvü Vaqif Abbasov, Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Vidadi Bağırov, 12 nömrəli Bakı peşə liseyinin direktoru Şərif Hacıyev çıxış etdilər.

Çıxışlarda təhsil konsepsiyasının hazırlanması, kurrikulum islahatı, təhsilin maliyyələşdirilməsi, o cümlədən ali təhsil müəssisələrinin tələbə və müəllimlərin sayına görə maliyyələşdirilməsi, bu sahədə əlavə vəsaitdən istifadə edilməsi, təhsil işçilərinin, elmi tədqiqat institutlarında çalışan elmi işçilərin əmək haqqının artırılması, pedaqoji kadrların hazırlanması, onların ixtisasının artırılması və dəyişdirilməsi, müəllimlərin obyektiv attestasiyası, qiymətləndirmənin yeni sisteminin yaradılması, mərkəzləşdirilmiş qaydada imtahanların nəticəsinə görə dərəcəli attestatların verilməsi, pedaqoji işə həvəsi olmayan abituriyentlərin ali pedaqoji təhsil müəssisələrinə düşməsinin qarşısının alınması, müəllimlərin yaş senzi, müəllim nüfuzunun yüksəldilməsi yolları, fəal təlim metodunun tətbiqi, yaradıcılığı stimullaşdıran, şagirdlərdə müstəqil öyrənmə vərdişləri aşılayan dərsliklərin vacibliyi, şagirdlərin asudə vaxtının təşkili, peşə təhsilinə münasibətin kökündən dəyişdirilməsi kimi məsələlərdən bəhs olunmuşdur.

Natiqlər kütləvi informasiya vasitələrinin təhsilə diqqətsizliyindən də gileylənərək dedilər ki, bu sahədəki uğurları təbliğ etmək çox vacibdir. Kimya üzrə dünyanın üçqat mütləq çempionu olan şagirdimizi ölkə tanımır. Gənc kimyaçılarımız ölkəyə 45 medal gətiriblər. Beş ildir ki, Azərbaycan bu sahədə Çin və Koreya Respublikasından sonra dünyanın üçüncü dövlətidir.

Təhsil naziri Misir Mərdanov konfransa yekun vurmuşdur.

Konfrans öz işini rayonlarda keçiriləcək bölmə iclaslarında davam etdirəcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq

İstanbulda sel nəticəsində 300 iş yeri və 200 avtomobilə ziyan dəyib

Alimlər 2500 il yaşı olan qədim günəş rəsədxanası aşkarlayıblar

“Politico”: Aİ kriptovalyuta əməliyyatlarına vergi tətbiqini nəzərdən keçirir

“Panasonic” yanğın təhlükəsi səbəbindən 640 min paltaryuyan maşını geri çağırır

“El-Ninyo” əvvəlcədən proqnozlaşdırıla bilən fəlakətlərə səbəb olacaq

ABŞ-də ibtidai məktəbdə baş verən atışmada 5 nəfər ölüb

Britaniya “Skynet” peyklərinə nəzarətin ABŞ-yə verilməsinin risklərini qiymətləndirəcək

ABŞ-nin “George Bush” təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıdıb

UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib

UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib

Fransada etiraz aksiyalarında 140 minə qədər insanın iştirakı gözlənilir

Uqandada “Ebola” virusuna qarşı yeni peyvəndin klinik sınaqlarına başlanılıb

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub

La-Manş tunelinin girişində avtobusla qatar toqquşub, 19 nəfər xəsarət alıb

Şimali İrlandiyada keçmiş partiya lideri 15 il müddətinə azadlıqdan məhrum edilib

“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır

Ədalət gecikdirildikdə münaqişə dərinləşir, cəzasızlıq isə yeni müharibələrə zəmin yaradır – ŞƏRH

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır

Prezidentin AQEM-də çıxışı: Ermənistanın keçmiş rəhbərliyinin məsuliyyəti və cəzasızlıq problemi - ŞƏRH

Paytaxtda, eləcə də regionlarda yol tikintisi, yenidənqurma və təmir işlərinin vaxtında icrasının vacibliyi vurğulanıb

Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var

Pirallahıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair müzakirələr aparılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Təhlükəsizlik Şurasının “Terrorsuz Türkiyə” prosesi ilə bağlı qərarı ilin sonunadək qəbul edilə bilər

Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər

Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək

Prezident: Türkiyə beynəlxalq təhsil konsepsiyasının həyata keçirilməsi baxımından keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim

Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır

Bu saata olan əsas xəbərlər

Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2 VİDEO

İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH

Şərurda müşavirə keçirilib

AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib

Rusiyanın baş konsulluğu müğənni Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üçqat dünya çempionu Olimpiya Oyunlarında geyindiyi kostyumu muzeyə bağışlayıb

Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb

Autizmli gənclər iş təcrübələrini bölüşüblər

Şərurda “PeşəFest-2026” baş tutub

Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycanın göndərdiyi dərsliklər paylanılıb

Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir

Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Trans-Xəzər fiber-optik kabel xətti Azərbaycanın beynəlxalq rəqəmsal hab kimi mövqeyini gücləndirəcək - ŞƏRH

Fransanın Kan şəhərində terrorizmin və insanlıq əleyhinə cinayətlərin təbliği ilə bağlı araşdırma başlanıb

Fransa beynəlxalq hesabatlarda: Polis zorakılığı, hüquq pozuntuları və artan repressiyalar

Nurjan Marabayev: Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır

Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları ilk yardım barədə məlumatlandırılıblar

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO

Milli Kibertəhlükəsizlik Agentliyi maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir

Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb

Azərbaycana daimi köçən gənclərin sayı 15 faiz artıb, ölkədən gedənlərin sayı 12 faiz azalıb – QRAFİK

Bakı Sammiti Azərbaycanın Asiyada çoxtərəfli diplomatiyanın inkişafına verdiyi töhfənin göstəricisidir - RƏY

Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 4 noyabr tarixli 122/09 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları haqqında” 1-yol №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı