ELM VƏ TƏHSİL
Təhsil naziri Kürdəmirdə vətəndaşları qəbul edəcək
![Təhsil naziri Kürdəmirdə vətəndaşları qəbul edəcək](/files/2020/1/1200x630/15815759154417247122_1200x630.jpg)
Bakı, 13 fevral, AZƏRTAC
Təhsil naziri Ceyhun Bayramov fevralın 21-də saat 11.00-da Kürdəmir şəhərindəki Heydər Əliyev Mərkəzində Göyçay və Kürdəmir rayonlarının sakinlərini qəbul edəcək.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2020-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, qəbula gəlmək istəyən vətəndaşlar fevralın 13-dən 18-nə kimi (saat 18.00-dək) bu qurumun Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.