TƏHSİL NAZİRİ YUNESKO-NUN MOSKVADAKI DAİMİ NÜMAYƏNDƏLİYİNİN DİREKTOR ƏVƏZİ İLƏ GÖRÜŞMÜŞDÜR
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, B.Dendev “Azərbaycanda inklüziv təhsil təcrübəsi” mövzusunda keçirilən beynəlxalq konfransın yüksək səviyyədə təşkil edildiyini söyləmişdir.
Qonaq YUNESKO-nun ölkəmizdə həyata keçirdiyi assosiativ məktəblər layihəsinin əhatə dairəsinin genişləndirilməsi, bu layihənin davamlılığı barədə məsələyə toxunaraq, ali məktəblərdə kredit sisteminin tətbiqinin və təmsil etdiyi qurumun köməyi ilə respublikamızda Boloniya prosesi çərçivəsində seminar keçirilməsinin məqsədəuyğun olduğunu bildirmişdir. O, YUNESKO-nun “Açıq təhsil resursları” internet saytının yaradıldığını diqqətə çatdırmış və texniki profilli ali təhsil müəssisələrində həmin veb səhifədəki materiallardan istifadə olunmasını təklif etmişdir.
Bu təklifləri bəyənən M.Mərdanov nazirliklə YUNESKO arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin və inklüziv təhsil üzrə yeni təcrübi layihələrin həyata keçirilməsinin vacibliyini vurğulamışdır.