Təhsil Tələbə Krediti Fondu müqavilə əsasında ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb edəcək
Bakı, 17 iyun, AZƏRTAC
Təhsil Tələbə Krediti Fondunun müqavilə əsasında ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək hüququ var.
AZƏRTAC xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Tələbə Krediti Fondunun Nizamnaməsində əksini tapıb.
Bundan başqa, Fondun beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla və xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları), hüquqi və fiziki şəxsləri ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək, fəaliyyətinin məqsədinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq, dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq kimi hüquqları olacaq. Həmçinin Fond fəaliyyətinin məqsədinə aid məsələlərlə bağlı analitik materiallar hazırlayacaq, tədqiqatlar aparacaq və təkliflər verəcək, eyni zamanda, fəaliyyət məqsədinə uyğun olaraq konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək hüququna malik olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [14:09]
Aşıq Nəcəfin yaradıcılığı Qərbi Azərbaycanın mədəni yaddaşı kontekstində
- 16.10.2026 [14:06]
Əcnəbi tələbələr BDU-nun tarixi və fəaliyyəti ilə tanış olublar
- 16.10.2026 [11:38]
ADU beynəlxalq əlaqələrin inkişafına xüsusi önəm verir
- 16.10.2026 [11:31]
UNEC beynəlxalq reytinqdə uğur qazanıb
- 16.10.2026 [11:20]
AzTU-nun 5 tələbəsi “Huawei”in təqaüd proqramının qalibi olub
- 16.10.2026 [10:27]