“Təmiz Şəhər” ASC təmiz texnologiyaların tətbiqinə görə mükafata layiq görülüb
Bakı, 28 noyabr, AZƏRTAC
Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BBMTYZ) ekoloji təmiz texnologiyaların və çox pilləli filtr sisteminin tətbiqinə görə “Təmiz Şəhər” ASC xüsusi mükafata layiq görülüb.
Bu barədə AZƏRTAC-a ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, mükafatı “Təmiz Şəhər” ASC-yə Bakıda keçirilən “XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr” Beynəlxalq Sənaye Konfransı çərçivəsində təşkil olunmuş sənaye müəssisələrinin mükafatlandırılması mərasimində iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev təqdim edib.
BBMTYZ-də məişət tullantıları ətraf mühiti çirkləndirmədən yandırılır və əldə edilən istilik enerjisindən elektrik enerjisi istehsal olunur. Bu müəssisədən alınan enerji ilə təxminən Sumqayıt şəhərinin əhalisini elektriklə təmin etmək mümkündür.
Sənaye müəssisələrinin mükafatlandırılması mərasimində aqrar, qida, yüngül, ağır və mebel sənaye sahələrinin inkişafı, neft-kimya sənayesinin modernləşdirilməsi, tikinti materiallarının istehsalı sahəsində innovasiyaların və müasir texnologiyaların tətbiqi, sənaye sahəsinə irihəcmli investisiya qoyuluşu, regionlarda rəqabətqabiliyyətli istehsalın qurulması, ixracyönümlü avadanlıq istehsalının inkişafı, ekoloji təmiz texnologiyaların tətbiqi sahəsində fərqləndiklərinə görə ümumilikdə 23 yerli şirkət mükafata layiq görülübdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]