TƏRƏFLƏR ƏLAQƏLƏRİN İNKİŞAFINDA MARAQLIDIRLAR
Qonağı parlamentin regional məsələlər daimi komissiyasının sədr müavini, QİƏT PA-nın mədəniyyət məsələləri komitəsinin sədri Şaitdin Əliyev salamlamış, bu yaxınlarda Assambleyanın Yerusəlimdə keçirilən iclasında müzakirə olunan məsələlərdən və bunun ölkələrimiz üçün əhəmiyyətindən danışmışdır.
Ölkəmizin regiondakı mövqeyinə toxunan Şaitdin Əliyev Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində yaranmış problemlər, münaqişənin həllində beynəlxalq qurumların və parlamentlərin, eləcə də diaspor təşkilatlarının rolu barədə söhbət açmışdır.
Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədr müavini Əli Əlirzayev parlamentlərarası əməkdaşlığın genişlənməsindən, bunun üçün qarşılıqlı səfərlərin təşkilinin vacibliyindən danışmış, ölkəmizin İsraillə əlaqələrin inkişafında maraqlı olduğunu vurğulamışdır.
Səfir Eytan Naye demişdir ki, onun ölkəsi Azərbaycanla əməkdaşlığın genişlənməsinə xüsusi maraq göstərir. İsrail parlamentinin başçısı Milli Məclisin sədrinə məktub göndərmiş və deputat qrupunu Yerusəlimə dəvət etmişdir. Analoji səfərin İsrail tərəfindən də həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [17:21]
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
- 02.10.2026 [16:41]
Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO
- 02.10.2026 [16:17]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb
- 02.10.2026 [16:15]
YAP Təftiş Komissiyasının tərkibi yekdilliklə təsdiqlənib
- 02.10.2026 [16:12]
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin tərkibi təsdiqlənib
- 02.10.2026 [15:32]