Tərtər: təkrar qarğıdalı əkinlərində məhsul yığımı davam edir
Tərtər, 6 noyabr, AZƏRTAC
Tərtər rayonunda fermerlər və torpaq mülkiyyətçiləri mal-qaranın qüvvəli və yaşıl yemə olan tələbatını təmin etmək üçün 407,6 hektarda təkrar qarğıdalı əkini aparıblar.
Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Arif Behbudov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Ermənistan silahlı qüvvələrinin təxribatlarına, yaşayış məntəqələrinə artilleriya atəşinə tutmasına baxmayaraq, fermerlər kənd təsərrüfatı işlərini davam etdirirlər. Artıq təkrar qarğıdalı əkinlərinin 237 hektarı silosluq məqsədilə biçilib, 6735 ton yaşıl yem əldə edilib. Hazırda dənlik qarğıdalının yığımı davam etdirilir.
Qeyd edək ki, rayon ərazisində yazda əkilmiş 2235 hektar qarğıdalı sahəsindən 1132,9 ton məhsul toplanıb. Hər hektarın məhsuldarlığı 50,7 sentnerdir. Bundan başqa, rayon ərazisində yem üçün yazda əkilmiş 40 hektar qarğıdalı sahəsinin də biçini başa çatıb, 4692 ton məhsul əldə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]
Bu il Balakənin fındıq bağlarından 6 min tondan çox məhsul gözlənilir
İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib
- 29.09.2026 [23:44]
Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub
- 29.09.2026 [23:24]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [22:08]
“Xarıbülbül” “Route du Vin” marafonunda
- 29.09.2026 [22:05]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [21:47]
Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub
- 29.09.2026 [21:35]