REGİONLAR
Tərtərdə qanvermə aksiyası keçirilib






Tərtər, 21 fevral, AZƏRTAC
Talassemiyadan əziyyət çəkən uşaqlara qan toplamaq məqsədilə Tərtərdə növbəti qanvermə aksiyası təşkil edilib. Aksiya “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Səhiyyə Nazirliyinin, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən aksiyada rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, gənclər könüllü iştirak ediblər.
Qanvermə aksiyasında iştirak edənlər əvvəlcə müayinədən keçib, onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib. Aksiyada 240 nəfər qan verib.
Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən toplanan qan ehtiyacı olan xəstələrin müalicəsində istifadə ediləcək.