“TƏŞƏBBÜS” QURBAN BAYRAMI GÜNLƏRİNDƏ XEYRİYYƏ TƏDBİRLƏRİ KEÇİRƏCƏK
Qeyri-hökumət təşkilatı - “Təşəbbüs” ictimai birliyi Qurban bayramı günlərində Abşerondakı uşaq evləri və internat məktəblərdə bir sıra xeyriyyə tədbirləri keçirəcəkdir.
Birliyin icraçı direktoru Orxan Mehdiyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, Şağan qəsəbəsindəki 3 nömrəli uşaq evinin valideyn himayəsindən məhrum olmuş, fiziki və əqli çatışmazlıqları olan balaca sakinlərinə, 1 nömrəli uşaq evinin və Mərdəkan qəsəbəsindəki internat məktəbin uşaqlarına ərzaq məhsulları, geyim və hədiyyələr veriləcəkdir.