TƏSƏRRÜFATLARARASI KOLLEKTOR İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Dünya Bankının maliyyələşdirdiyi Baş Mil-Muğan Kollektorunun (BMMK) tikintisi sürətlə davam etdirilir. Nəhəng hidrotexniki qurğunun sifarişçisi Kənd Təsərrüfatı Nazirliyi yanında Meliorasiya və Su Təsərrüfatı Agentliyi, baş podratçı “Muğansutikinti” törəmə müəssisəsidir.
BMMK-nın tamamlanma proqramı çərçivəsində Sabirabad rayonu ərazisində 16,5 kilometr uzunluğunda təsərrüfatlararası “K” kollektorunun çəkilişi başa çatdırılmışdır. Kollektorun istifadəyə verilməsi 15 min hektardan artıq sahəni şoranlaşmadan qoruyacaqdır.