“TEXNOFEST” yenilikləri: KAAN beşinci nəsil təyyarəsi və ANKA III zərbə dronu VİDEO
Şanlıurfa, 2 oktyabr, AZƏRTAC
Türkiyənin KAAN beşinci nəsil təyyarəsi və ANKA III zərbə dronu ilk dəfə Şanlıurfada keçirilən “TEXNOFEST - Cənub-Şərq” festivalında nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, hər iki layihə Türkiyənin aparıcı müdafiə şirkətlərindən biri olan TUSAŞ (Türk Havacılık ve Uzay Sanayii) tərəfindən hazırlanıb.
Türkiyə hakimiyyəti 2030-cu illərdən başlayaraq F-16 təyyarələrini tədricən xidmətdən çıxarmağı və onları Türkiyə istehsalı olan KAAN ilə əvəz etməyi planlaşdırır.
Bu, Türkiyəni dünyada beşinci nəsil hərbi təyyarələr hazırlaya bilən beş ölkədən birinə çevirəcək.
KAAN prototipinin ilk uçuşu 2024-cü ilin fevral ayında baş tutub.
Digər perspektivli TUSAŞ layihəsi ANKA III pilotsuz uçuş aparatıdır. Onun ilk uçuşu 2023-cü ilin dekabr ayında baş tutub. Yeddi tonluq PUA 12 kilometrdən çox yüksəkliyə və 0,7 Max sürətinə çata, 10 saata qədər havada qala bilir.