Teymur Rəcəbov iddiaçılar turnirində iştirak edəcək
Bakı, 25 may, AZƏRTAC
Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2022-ci ildə keçiriləcək iddiaçılar turnirində iştirak edəcək şahmatçıları müəyyənləşdirib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan təmsilçisi Teymur Rəcəbov 2019-cu ildə keçirilmiş dünya kubokunun sahibi kimi bu nüfuzlu yarışda iştirak edəcək.
İddiaçılar turnirində T.Rəcəbovdan başqa bu ilin dekabrında dünya çempionu adı uğrunda keçiriləcək qarşılaşmada məğlub oyunçu (Maqnus Karlsen - Yan Nepomnyaşi), 2021-ci ilin avqustunda keçiriləcək dünya kubokunun qalibi və finalçısı, noyabrda Men adasında təşkil ediləcək “Grand Swiss 2021”də ilk iki yeri tutan şahmatçı və 2022-ci ildə təşkil ediləcək Qran-Pri seriyasının nəticələrinə görə ilk iki yeri tutan şahmatçı mübarizə aparacaq.
Xatırladaq ki, ötən ilin martında Teymur Rəcəbov dünyada hökm sürən koronavirus pandemiyası səbəbindən FIDE-yə iddiaçılar turnirini başqa vaxta təxirə salmağı təklif etmişdi. FIDE isə bu təklifə sərt reaksiya verərək T.Rəcəbovu turnirdən uzaqlaşdırmaq barədə qərar vermişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [17:12]
“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb
- 12.10.2026 [16:32]
“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb
- 12.10.2026 [15:58]