SİYASƏT
“The Korea Post” jurnalı: Naxçıvan-dünya sivilizasiyasının beşiyi VİDEO
Seul, 31 may (AZƏRTAC). Koreya Respublikasının nüfuzlu “The Korea Post” jurnalının may buraxılışında “Dünya sivilizasiyasının beşiyi - Azərbaycan Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyini qeyd edir” adlı məqalə dərc olunmuşdur.
Məqalədə Naxçıvan diyarının qədim tarixi və əsrarəngiz təbiəti, o cümlədən mineral ehtiyatları, Azərbaycan Respublikasının ərazi vahidi çərçivəsində statusu haqqında danışılmış, Naxçıvan əhalisinin ölkəmizin dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda və erməni terrorizminə qarşı mübarizəsi, qədim diyarın ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə inkişaf yolu haqqında məlumat verilmişdir.
Məqalənin mətni ilə aşağıdakı linkdən tanış olmaq olar:
http://www.koreapost.com/news/view.html?section=165&category=192&no=532
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Seul