Tikinti obyektlərinin inşası və istismarına icazələrin verilməsi məsələləri müzakirə olunub
Bakı, 23 fevral, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə aparıcı hüquq və konsaltinq şirkətlərinin nümayəndələri ilə onlayn görüş keçirib.
İİTKM-dən AZƏRTAC-a bildirilib ki, “Tikinti obyektlərinin tikintisi və istismarına icazələrin verilməsi sahəsində aparılan islahatlar” adlı vebinarda 14 hüquq və konsaltinq şirkətinin 24 nümayəndəsi iştirak edib.
Tikintiyə icazələrin verilməsi işçi qrupunun rəhbəri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov tikinti obyektlərinin tikintisi və istismarına icazələrin verilməsi üzrə qanunvericilik sahəsində aparılan islahatlar barədə məlumat verib. Tikinti və istismara icazə prosesini asanlaşdıran “Bir pəncərə” sisteminin funksionallığı haqda məlumat təqdim olunub.
Vebinarda “Doing Business” hesabatında qanunvericiliklə bağlı yer alan məqamlara dair iştirakçılara məlumat verilib. Həmçinin “Tikinti və istismara icazələrin verilməsi ilə bağlı hüquqi problemlər və qanunvericilik sahəsində təkmilləşdirmə imkanları” mövzusunda suallar cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]