Azərbaycan Dövlət İnformasiya Agentliyi

Timuçin Əfəndiyev: Bakı Xoreoqrafiya Akademiyasının yaradılması Azərbaycan təhsilində yeni hadisədir VİDEO

Bakı, 4 fevral, K.Əliyeva, AZƏRTAC 

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 30 aprel tarixli Sərəncamı ilə Bakı Xoreoqrafiya Məktəbinin bazasında ümumi, orta ixtisas və ali təhsil proqramlarını həyata keçirən Bakı Xoreoqrafiya Akademiyası yaradılıb. Bu ali məktəbin gələcək fəaliyyəti və görəcəyi işlər ictimaiyyətin marağını cəlb edir. Akademiyanın rektoru, əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev AZƏRTAC-a müsahibəsində bu və digər məsələlər barədə ətraflı məlumat verib.

-Bakı Xoreoqrafiya Akademiyasının yaranması hansı zərurətdən irəli gəlib? Dövlət başçısının bununla bağlı Sərəncamının əhəmiyyəti barədə nə deyərdiniz?

-Bu, Azərbaycanın mədəniyyət həyatında yeni bir hadisədir, çünki ümumiyyətlə bütün Şərq aləmində ilk dəfə belə bir akademiyanın Azərbaycanda yaradılması, sözsüz ki, böyük əhəmiyyət daşıyır. Maraqlıdır ki, xoreoqrafiya təhsili də Şərq aləmində ilk dəfə keçən əsrin iyirminci illərində Azərbaycanda yaranıb. Bu ənənə indi də davam edir. Prezident İlham Əliyevin imzaladığı Sərəncamın əhəmiyyəti bir də ondadır ki, Azərbaycan təhsilində bu yeni bir hadisədir, yəni ibtidai təhsildən tutmuş doktoranturayadək altı pilləli təhsil bir təhsil kompleksində həyata keçiriləcəkdir. Bu da sənət baxımından, sənətin inkişafı, sənəti seçmək baxımından çox vacib məsələdir. Belə üsul artıq Moskva Xoreoqrafiya Akademiyasında, eləcə də digər ölkələrin analoji təhsil müəssisələrində tətbiq olunur və çox yaxşı nəticələr əldə edilib. İnanıram ki, Bakı Xoreoqrafiya Akademiyası təhsilin bütün pillələrində uğur qazanacaq və Azərbaycanın təhsilinə, mədəniyyətinə töhfələrini verəcəkdir.

- Akademiyaya qəbul qaydalarında dəyişiklik olacaqmı?

-Akademiyaya qəbul qaydaları bu ali təhsil müəssisəsinin Əsasnaməsində də əksini tapıb. Təbii ki, seçim aparılacaq, akademiyanın bakalavr pilləsinə qabiliyyət imtahanları keçiriləcək. Test imtahanlarından sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyası qabiliyyət imtahanları keçirəcək və ümumi qaydada qəbul aparılacaq. Əlbəttə, burada gərək çox ciddi seçim olsun. Bu baxımdan işimiz bir qədər yüngüldür, çünki bunun üçün artıq baza var. Yəni Bakı Xoreoqrafiya Məktəbinin bazasından kadr seçmək bizə o qədər də çətin olmayacaq. Son illər Azərbaycanın mədəniyyəti, incəsənəti renesans dövrünü yaşayır. Bu işdə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın olduqca böyük xidmətləri var. Xüsusən son dövrlərdə ölkədə mədəniyyət tədbirlərinin, o cümlədən “Eurovision” beynəlxalq mahnı müsabiqəsinin keçirilməsi, Azərbaycan Xalça Muzeyinin yeni binasının istifadəyə verilməsi, Beynəlxalq Muğam Mərkəzinin, Müasir İncəsənət Muzeyinin açılması mədəniyyətimizin inkişafına böyük töhfələrdir. Mehriban xanım Əliyeva, sözün əsl mənasında, muğam sənətini yenidən özünə qaytardı, yəni indi muğam sənətinə, aşıq və vokal sənətlərinə çox böyük diqqət yetirilir. Ötən illərin səs yazıları yenidən bərpa olunur. Xarici ölkələrdə UNESCO-nun xətti ilə dəfələrlə muğam sənətinə həsr olunan konsertlər təşkil edilib. Bütün bunlar onu göstərir ki, ümummilli lider Heydər Əliyevin ənənələri ləyaqətlə davam etdirilir.

- Azərbaycan klassik xoreoqrafiya ənənələri olan bir ölkədir. Milli baletimizin təşəkkülündə və inkişafında böyük xidmətlər göstərən görkəmli sənətkarlarımız olub. Bu ənənələr Bakı Xoreoqrafiya Akademiyası tərəfindən davam etdiriləcəkmi?

- Azərbaycan xalqı çox istedadlı xalqdır. İstər incəsənət, istərsə də mədəniyyət sahəsində çox böyük ənənələrimiz, uğurlarımız var. Azərbaycan dünya incəsənətində artıq öz sözünü deyib, dünya incəsənəti tarixində özünün layiqli yerini tutub. Xoreoqrafiya sahəsində ənənələrimizin böyük tarixi var. Hələ ötən əsrin əvvəllərində Azərbaycanda xoreoqrafiya təhsili var idi. Bizim Qəmər Almaszadə, Leyla Vəkilova kimi görkəmli xoreoqrafiya ustalarımız, Əminə Dilbazi, Roza Cəlilova, Böyükağa Atababayev, Böyükağa Məmmədov kimi milli rəqs ifaçılarımız olub. Uzun illər Bakı Xoreoqrafiya Məktəbində milli kadrların hazırlanması üçün böyük əmək sərf edən, Azərbaycan balet sənətinin sirlərini gənc nəslə öyrətmək sahəsində təqdirəlayiq fəaliyyət göstərən sənətkarlarımızın ənənələri qorunub saxlanmalıdır. Onların yetirmələri olan bir çox balet artisti sənət aləminin yüksək pillələrinə qalxıb, bu sənətin inkişafına töhfələr veriblər.

Bu gün bizim qarşımızda duran əsas vəzifə klassik balet ənənələrini qoruyub saxlamaqla yanaşı, onu inkişaf etdirmək, eləcə də müasir dünyada xoreoqrafiya sənətində yeni yaranan və Azərbaycanda hələ öyrənilməyən cərəyanları (məsələn, step-balet, modern balet, caz balet və s. ) öyrənmək və tətbiq etməkdir. Xoreoqrafiya sənətimizi inkişaf etdirib beynəlxalq səviyyəyə çatdırmaq məqsədilə biz ən tanınmış mütəxəssisləri ustad dərsləri keçmək üçün buraya uzunmüddətli ezamiyyətə dəvət etməliyik. Həmçinin akademiyanın istedadlı müəllimlərini, tələbələrini yeni cərəyanları öyrənmək, burada tətbiq etmək üçün müxtəlif ölkələrə göndərməli və bu yolla milli kadrlarımızı hazırlamalıyıq. Bu gün ölkə başçısının da bizdən tələbi budur, yəni Azərbaycan xoreoqrafiya sənəti beynəlxalq standartlara cavab verməlidir. Buna bizim potensialımız var. İnanıram ki, dövlətimizin qayğısı sayəsində bu məqsədlərimizə nail olacaq, möhtərəm Prezidentimizin etimadını doğruldacağıq.

- Bakı Xoreoqrafiya Akademiyası üçün yeni binanın inşası nə vaxta nəzərdə tutulur? Bu, akademiya üçün hansı imkanları yaradacaq?

- Yeni binanın layihəsi artıq təsdiqlənib. Çox maraqlı layihədir. Yəqin ki yaxın vaxtlarda binanın inşasına başlanacaq. Biz yeni tələblərə uyğun milli kadrlar hazırlamaq istəyiriksə, bunun üçün güclü maddi-texniki bazamız olmalıdır. Bakı Xoreoqrafiya Akademiyasının mütləq tədris teatrı olmalıdır, çünki müəllimlərin də, tələbələrin də ən əsas yaradıcılıq laboratoriyası tədris teatrıdır. İstər diplom, istərsə də kurs tamaşaları, imtahanlar tədris teatrında keçirilməlidir. Yeni layihədə tədris teatrının da tikintisi nəzərdə tutulub. Bundan əlavə, sənətlə bağlı ixtisaslarda mütləq xüsusiləşdirilmiş sinif otaqları olmalıdır. Bir sözlə, maddi-texniki baza müasir tələblərə cavab verməlidir. Müasir dünyada hazırda xoreoqrafiya sənətində texnikadan geniş istifadə olunur. Yəni kompyuter, montaj otaqları vasitəsilə müasir rəqslər qurulur. İnanıram ki, yeni binamızda xoreoqrafiya sənətimizin müasir tələblər səviyyəsində inkişafı üçün hərtərəfli şərait olacaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili