TKTA Texniki Universitetin əməkdaşları üçün onlayn təlimlərə başlayıb
Bakı, 20 may, AZƏRTAC
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşları üçün onlayn təlimlərə start verib.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, təlimlər agentliklə universitet arasında imzalanmış təlim xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən təşkil olunub. Mayın 19-dan başlayan təlimlər bir ay müddətində davam edəcək. Təlimlər strateji idarəetmədə keyfiyyət təminatı, daxili keyfiyyət təminatı və xarici keyfiyyət təminatı istiqamətlərində müxtəlif mövzularda keçiriləcək.
Təlimçi beynəlxalq təcrübəyə malik mütəxəssis, TKTA-nın Təlim və metodologiya şöbəsinin müdiri Asiman İlyasovdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [12:28]
Azərbaycanda dünyəvi təhsil: tarixi köklər və müasir prinsiplər
- 12.10.2026 [12:17]
Vahid məktəbli geyimi: sosial bərabərlik və nizam-intizam
- 12.10.2026 [12:02]