Topaz Premyer Liqası: “Qarabağ” bu mövsümdə ilk məğlubiyyətin acısını yaşayıb [YENİLƏNİB]
Topaz Premyer Liqasında doqquzuncu tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turun ilk dövrəsinin son oyunları paytaxtdan kənarda baş tutub.
Günün ilk qarşılaşmasında Qəbələ şəhər stadionunda Roman Qriqorçukun yetirmələri "Zirə"ni qəbul edib. Baş hakim Elvin Əsgərovun idarə etdiyi görüşdə hesab açılmayıb - 0:0.
Turun sonuncu oyununda lider “Qarabağ” komandası “Sumqayıt”ın qonağı olub. “Kapital Bank Arena”da keçirilən oyunu baş hakim Rəvan Həmzəzadə idarə edib. Görüş "Gənclik şəhəri"nin təmsilçilərinin qələbəsi ilə başa satıb- 1:0.
Xatırladaq ki, Premyer Liqanın doqquzuncu turunun digər oyunlarında AZAL komandası “Neftçi”ni 2:1, “Kəpəz” klubu “Xəzər-Lənkəran”ı 1:0, “İnter” isə “Rəvan”ı 2:0 hesabı ilə məğlub edib.
Hazırda “Qəbələ” və “Qarabağ” 20 xalla çempionata liderlik edirlər. “İnter” komandası isə 17 xalla üçüncü pillədə qərarlaşıb.
20:13
Bakı, 25 oktyabr, AZƏRTAC
Bu gün futbol üzrə Topaz Premyer Liqasının doqquzuncu turuna yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, tur çərçivəsində “Qəbələ” öz meydançasında “Zirə”ni qəbul edib. Görüşdə hesab açılmayıb.