“Toro Rosso”, “Sauber” və “Force India”nın pilotları Bakıda azarkeşlərlə görüşüblər
Bakı, 25 iyun, Səxavət Quliyev, AZƏRTAC
İyunun 25-də Formula-1 Azərbaycan Qran-Prisinin əyləncə zonasında pilotların azarkeşlər üçün avtoqraf sessiyaları təşkil edilib.
AZƏRTAC xəbər verir ki, idmansevərlər azarkeşi olduqları pilotlarla görüşərək onlardan avtoqraflar alıblar.
Azarkeşlər bugünkü sessiyalarda "Toro Rosso", "Sauber" və "Force India" komandalarının pilotları ilə görüşüblər.
Xatırladaq ki, avtoqraf sessiyasının ilk günündə - iyunun 23-də "McLaren", "Haas" və "Williams", bir gün sonra isə "Red Bull Racing", "Ferrari", "Mercedes", "Renault" komandalarının pilotları azarkeşlər qarşısına çıxıblar.