“TOTAL” ŞİRKƏTİ ARDNŞ ÜÇÜN XARİCDƏ KADR HAZIRLIĞI PROQRAMINA QOŞULMUŞDUR
Görüşdə xaricdə kadr hazırlığı sahəsində ARDNŞ və “Total” arasında əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.
Şirkətdə bu istiqamətdə görülmüş işlər barədə qonağa məlumat verilmiş, xaricdə bakalavr və magistr dərəcəsi alacaq gənclərin Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin xətti ilə seçiləcəyi bildirilmişdir.
Tələbələrin xaricə gələn il göndərilməsinin nəzərdə tutulduğunu deyən ARDNŞ təmsilçisi, Fransa universitetlərinin bu sahədə imkanları ilə maraqlanmışdır. Teri Norman təmsil etdiyi şirkətin ARDNŞ ilə kadr hazırlığı sahəsində əməkdaşlıqda maraqlı olduğunu bildirmişdir. O, Fransa təhsil sistemi barədə ətraflı məlumat vermiş, iyulun 11-də “Total” şirkətinin mütəxəssislərinin bununla əlaqədar ARDNŞ-ə gələrək əhatəli hesabat təqdim edəcəyini vurğulamışdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [15:28]
® “iTicket” artıq “ABB mobile”da!
- 13.10.2026 [15:20]
Azərbaycanda fəaliyyət göstərən mobil operatorların gəlirləri artıb
- 13.10.2026 [15:12]
AAYDA sədri Laçın və Kəlbəcər sakinləri ilə görüşəcək
- 13.10.2026 [14:24]
Sabahdan Novxanı-Pirşağı kanalizasiya kollektorunun tikintisinə başlanılır
- 13.10.2026 [13:33]
Səbail rayonunda su təchizatı bərpa olunub
- 13.10.2026 [13:26]