İQTİSADİYYAT
TOVUZDA QIŞDA ELEKTRİK ENERJİSİ PROBLEMİ OLMAYACAQ
“Bayva-Qərb-Enerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin Tovuz paylayıcı elektrik şəbəkəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, qış mövsümündə əhalini normal elekrtik enerjisi ilə təmin etmək üçün bir sıra tədbirlər həyata keçirilmişdir.
Belə ki, 135/10 kilovoltluq Əhmədabad yarımstansiyasında 2,5 meqavatlıq transformatorun artıq yüklənməsini nəzərə alaraq Yanıqlı kəndində 35/10 kilovoltluq 1,8 meqavat gücündə yarımstansiya quraşdırılaraq istismara verilmişdir. Tovuz şəhərində transformator yenisi ilə əvəz olunmuş, şəhəri qidalandıran 6 kilovoltluq xəttin 4 ədəd dayağı dəyişdirilmiş, 110 kilovoltluq Tovuz yarımstansiyasının bütün avadanlığı əsaslı təmir olunmuşdur.
Bundan əlavə, Aşağı Quşçu kəndində 16 kilovat, Cəlilli kəndində isə 100 kilovat gücündə yeni transformatorlar quraşdırılmış, Qaraxanlı kəndinin enerji təchizatını yaxşılaşdırmaq üçün kənd icmasının və bələdiyyənin köməyi ilə 5 kilometr uzunluğunda 6 kilovoltluq elektrik xətti çəkilmişdir.