TQDK-da 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır
Bakı, 19 yanvar (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, mərasimdə Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
TQDK-nın sədr müavini Namiq Babayev 20 Yanvar faciəsinin səbəbləri, sovet imperiyasına rəhbərlik edən şəxslərin Azərbaycan xalqına qarşı məkrli siyasəti, xalqımızın düçar olduğu faciənin ağır nəticələrindən danışmışdır. N.Babayev həmin günün Azərbaycan tarixində ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq rəmzi olaraq mühüm əhəmiyyətini vurğulamışdır. Bu dəhşətli faciənin xalqımızın yaddaşından heç zaman silinməyəcəyini qeyd etmişdir.
Daha sonra Komissiyanın əməkdaşları 20 Yanvarın xalqımızın tarixinin həm faciəli, həm də şərəfli səhifəsi olduğunu bildirmiş və bu tarixin hər bir azərbaycanlı üçün qürur mənbəyi olduğunu qeyd etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]