Tramp: Biz Rusiya-Ukrayna müharibəsini sona çatdıracağıq
Vaşinqton, 17 oktyabr, AZƏRTAC
Rusiya Prezidenti Putin və mən düşünürəm ki, işlər olduqca yaxşı gedir.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə ukraynalı həmkarı Volodimir Zelenski ilə geniş tərkibdə görüş zamanı deyib. O bildirib ki, bu proses Alyaska görüşü ilə başlayıb və orada müəyyən istiqamətlər müzakirə edilib.
“Biz indi bunu həyata keçirə biləcəyimizi görmək istəyirik. Bu müharibə Bayden administrasiyasına aiddir və biz bunu miras aldıq, bitməsini istəyirik. Bu müharibədə çoxlu insan həlak oldu və biz bu müharibəni sona çatdıracağıq”,- deyə Tramp əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [16:38]
Səudiyyə Ərəbistanı və Misir dəniz nəqliyyatı üzrə əməkdaşlığı gücləndirir
- 24.09.2026 [16:08]
Moskvada bir neçə ali məktəbdə tələbələr təxliyə edilib
- 24.09.2026 [15:42]
Almaniyada bu il iqtisadi artımın 1,3 faiz olacağı proqnozlaşdırılır
- 24.09.2026 [14:44]