Tramp: İranla mümkün saziş baş tutarsa, bu, dünyanın fəxr edəcəyi bir nəticə olacaq
Vaşinqton, 20 aprel, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla əldə oluna biləcək yeni saziş əvvəlki razılaşmalardan daha effektiv olacaq.
AZƏRTAC-ın məlumatına görə, bu barədə Tramp “Truth” sosial şəbəkəsində paylaşımında qeyd edib.
Bildirib ki, əvvəlki İran nüvə sazişi Barak Obama və Co Bayden administrasiyaları dövründə imzalanmış və ABŞ-nin təhlükəsizliyi baxımından “ən pis sövdələşmələrdən biri” olub.
Trampın sözlərinə görə, həmin razılaşma İranın nüvə silahına sahib olmasına zəmanətli yol açırdı. O iddia edib ki, saziş çərçivəsində İrana böyük həcmdə maliyyə vəsaiti ayrılıb, o cümlədən 1,7 milyard dollar nağd vəsait təyyarə ilə göndərilib.
ABŞ Prezidenti vurğulayıb ki, onun təşəbbüsü ilə əldə ediləcək yeni razılaşma təkcə İsrail və Yaxın Şərq üçün deyil, həm də Avropa və ABŞ üçün sülh, təhlükəsizlik və sabitliyə xidmət edəcək.
“Əgər belə bir saziş baş tutarsa, bu, dünyanın fəxr edəcəyi bir nəticə olacaq və uzun illər davam edən uğursuz siyasətin əvəzini çıxacaq”, – deyə o əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2026 [22:09]
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib
- 03.06.2026 [21:06]
Almaniya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilə bilməyib
- 03.06.2026 [19:03]
Rusiya miqrant işçilərin sağlamlığına nəzarəti gücləndirəcək
- 03.06.2026 [18:58]
İspaniyada isti havalarla bağlı rekord sayda ölüm halları qeydə alınıb
- 03.06.2026 [18:48]