Azərbaycan Dövlət İnformasiya Agentliyi

Trampın məktubunda: Azərbaycanla əməkdaşlığın perspektivinin üç prinsipi

Trampın məktubunda: Azərbaycanla əməkdaşlığın perspektivinin üç prinsipi

Hazırda qlobal geosiyasi mənzərədə mürəkkəbliklər və qeyri-müəyyənliklər artır. Müxtəlif dövlətlər arasında münasibətlər gərginləşir, meydana yeni risk və ziddiyyətlər çıxır. Belə bir situasiyada dünyanın böyük dövlətlərinin müstəqilliyini əldə etmiş ölkələrlə münasibətləri hansı prinsiplər üzərində qurmaq istədikləri məsələsinin konkretləşdirilməsi əhəmiyyət daşıyır. ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevə ünvanladığı məktub həm də bu aspektdən maraq doğururdu. Təbii ki, bir təbrik məktubunda siyasi kursun incəlikləri əks olunmaz. Lakin hər təbrik məktubunda da konkret əməkdaşlıq təklifləri yer almır. ABŞ rəhbəri isə qısa məktubunda Azərbaycanla münasibətlərin çox vacib cəhətlərinə yığcam şəkildə toxunub. Onların qlobal və regional geosiyasi dinamika kontekstində analizinə ehtiyac var.

Tarixi nailiyyətin etirafı: dövlətçilik ənənəsi və intellektual potensialı olan xalq

Qlobal səviyyədə dünya geosiyasi aspektdə çox qarışıqdır. Hər an istənilən ölkəyə qarşı riskli işlər ortaya çıxa bilər. Xüsusilə böyük güclər gözlənilməz addımlar ata bilərlər. Belə şəraitdə bulanıq suda balıq tutmaq istəyən qüvvələr başqalarının daxili işlərinə qarışmağa və ya iftiralar uydurmağa meyil edə bilirlər. Azərbaycana qarşı ona dost olmaq istəməyən dairələrin zaman-zaman qarayaxma kampaniyaları aparmaları buna nümunə ola bilər. Bir sıra hallarda isə Azərbaycanı təhrif olunmuş obrazda təqdim etməklə onun xarici siyasətinə kölgə salmağa, uğurlarını gizlətməyə və beynəlxalq əməkdaşlıq kanallarına zərər vurmağa çalışırlar. Son vaxtlarda da belə bir cəhdin şahidi olduq.

Lakin reallıq öz sözünü deyir. Bütün yalan və iftiralara baxmayaraq, dünyanın ən qüdrətli dövlətləri Azərbaycanla yaxın əməkdaşlıq etməyə hazır olduqlarını daim bəyan edirlər. Bu günlərdə Amerikanın Prezidenti Donald Trampın Azərbaycan Prezidentinə ünvanladığı məktub bu tezisi bir daha təsdiq edir.

Məktub Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə yazılıb. Əksər hallarda bu növ məktublar ümumi sözlərdən ibarət olur. Orada konkret təklif və ya fikir nadir hallarda yer alır. D.Trampın məktubu isə konkret əməkdaşlıq tezisləridir. Lakonik və qısa şəkildə dünyanın ən güclü dövlətinin başçısı İlham Əliyevlə əlaqələrin istiqamətlərini ifadə edib. Öncə, təbii ki, Azərbaycan Prezidentini və Azərbaycan xalqını Respublika Günü münasibəti ilə təbrik edən D.Tramp 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını tarixi nailiyyət adlandırıb. O, sözlərinə davam edərək vurğulayıb: "Yüz ildən artıq bir vaxt keçdikdən sonra Amerika Birləşmiş Ştatları bütün azərbaycanlılarla birlikdə bu nailiyyətləri qeyd etməkdən məmnundur".

Burada dövlətçilik baxımından əhəmiyyəti olan bir ideya ifadə olunub. ABŞ keçən əsrin əvvəllərində yaradılmış demokratik Azərbaycan dövlətini birbaşa xalqın iradəsinin, dövlətçilik ənənəsinin və intellektual potensialının nəticəsi hesab edir. Yəni o, bir sıra dairələrin təqdim etməyə çalışdığı kimi, kimlərinsə mərhəməti və ya hədiyyəsi yox, xalqın mübarizəsinin, yüksək iradəsinin tarixi təkamülünün nəticəsi idi.

Bu baxımdan psevdotarixçilərin gah erməni, gah da gürcüləri nümunə göstərməyə çalışması cəfəng bir hərəkətdir. Azərbaycan demokratiyasının, müstəqil dövlətçiliyinin kökü ölkənin öz tarixində, millətin kimliyində, onun daxili potensialının tarixən yeni zirvələr fəth etməsindədir. Donald Tramp bunları bir cümlədə ifadə etməyə çalışıb. Eyni zamanda, həmin hadisəni nailiyyət kimi qəbul edərək, onun qalmasında Amerikanın maraqlı olduğunu əks etdirib. Bu da həm birbaşa Azərbaycanın dövlətçilik tarixinə sayğını göstərir, həm də indiki mərhələdə Azərbaycanda aparılan siyasətin məhz müstəqil olduğuna dərin inamı ifadə edir.

Bu fikrin işığında məktubda həm Azərbaycanın regionda oynadığı geosiyasi rola verilən qiymət, həm də Bakı-Vaşinqton xəttində əməkdaşlığın perspektivləri barədə konkret istiqamətlərin ifadəsi olduqca böyük maraq kəsb edir. Açıq görünür ki, ABŞ Azərbaycanı Cənubi Qafqazın lideri kimi qiymətləndirir. Hesab edir ki, bunun tutarlı əsasları vardır. Həmin əsaslar üç prinsipdə əks olunur.

Üç prinsipin işığında: əlaqələrin güclənəcəyinə Amerika ümidlidir

Birincisi, Azərbaycan regionda geosiyasi balans yaradan qüvvə kimi beynəlxalq təhlükəsizliyə, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təmininə öz töhfəsini verir. İkincisi, Azərbaycan əməkdaşlıq formatlarına konkret layihələrlə məzmun verir, onları zənginləşdirir. Üçüncüsü, Azərbaycan demokratik dövlət quruculuğunda davamlı islahatlar aparmaqdadır ki, onların sırasında qanunun aliliyinin təmini xüsusi yer tutur. Bu məqamların hər biri üzərində geniş dayanmaq zəruridir.

Birinci prinsip məktubda belə ifadə edilib: "Dövlətlərimiz arasında bir çox ortaq maraqlar üzərində qurulmuş güclü tərəfdaşlıq mövcuddur. Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfələri... dəyərləndirirəm... Həmçinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və dayanıqlı həlli istiqamətində ATƏT-in Minsk qrupu prosesində Sizin şəxsi iştirakınızı təqdir edirik".

Görünür ki, Vaşinqton Azərbaycanın bütün böyük dövlətlərlə balanslı əməkdaşlıq yaratmasına tam əmindir. Bu səbəbdən də Amerika ilə güclü tərəfdaşlığın mövcudluğu təbii və proqnozlaşdırılan faktor kimi qəbul edilir. Onun "ortaq maraqlar üzərində qurulması" prosesin davamlılığına, sistemliliyinə və konkret kriteriyalara əsasən qurulduğuna işarədir. Ən əsası isə odur ki, D.Tramp bu əməkdaşlığın perspektivinə tam inanır.

Fikrini daha da konkretləşdirərək, ABŞ Prezidenti nümunələr göstərir. Azərbaycan beynəlxalq təhlükəsizliyə töhfə verən layihələr reallaşdırır, əməkdaşlıq formatları təklif edir. Cənubi Qafqazda ikinci belə bir dövlət hələ yoxdur. Bu səbəbdən D.Tramp müqayisə aparmağa ehtiyac görmür. Əvəzində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu ədalətli, müdrik və beynəlxalq hüquq normalarına tam uyğun olan mövqeyinə görə, Azərbaycan Prezidentindən razılığını bildirir.

Bununla D.Tramp Azərbaycanın xarici siyasətinin çox mühüm bir məqamına işarə verir. Məsələ ondan ibarətdir ki, Azərbaycan rəhbərliyi balanslaşma siyasətini ancaq milli maraqlar üzərində qurur. Bu mövqedən baxdıqda, ölkənin xarici dövlətlərlə əməkdaşlığı ilə Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe tutmaq arasında sıx bağlılıq görünür. Xarici siyasətin bu iki komponenti bir-birini tamamlayır. Sevindiricidir ki, Amerika rəhbərliyi İlham Əliyevin siyasi kursunun bu aspektinə xüsusi önəm verir. Dolayısı ilə Ermənistan rəhbərlərinin təxribatçı informasiya fəaliyyətinin nəticəsiz qaldığı aydın olur.

İkinci məqam aşağıdakı cümlədə lakonik ifadə edilib: "...Cənub Qaz Dəhlizi təşəbbüsünü irəli sürməklə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində Sizin liderliyinizi dəyərləndirirəm". ABŞ dövlət başçısı etiraf edir ki, Azərbaycan Prezidenti enerji sahəsində əməkdaşlıq prosesində liderlik edir, aparıcı rol oynayır. Cənub Qaz Dəhlizi layihəsi beynəlxalq əməkdaşlıq formatı kimi bu kontekstdə çox əhəmiyyətlidir.

Bununla yanaşı, Azərbaycan Prezidenti digər layihələrin də təşəbbüskarı kimi, Qərbin enerji təhlükəsizliyinin gücləndirilməsində ciddi rol oynayır. Bununla Vaşinqton Azərbaycanı regional əməkdaşlığın memarı olaraq qəbul etdiyini ifadə edir. Bu keyfiyyətdə Azərbaycan qlobal enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verməkdədir.

Nəhayət, üçüncü məqam aşağıdakı kimi ifadə edilib: "Azərbaycanda islahatlar istiqamətində, xüsusilə də qanunun aliliyi sahəsində Azərbaycan xalqının mənafeyinə xidmət edəcək və əməkdaşlığımızın dərinləşməsi üçün imkanlar yaradacaq bütün addımları alqışlayırıq". Amerika rəhbərliyi Azərbaycanda islahatların genişləndiyini və davamlılığını qəbul edərək, qanunun aliliyinin təmin edilməsi aspektinə xüsusi önəm verdiyini vurğulayır. Bütövlükdə isə ölkə rəhbərliyinin ardıcıl olaraq həyata keçirdiyi islahatların düzgünlüyünə əminlik ifadə edir. Çünki onlar həm Azərbaycan xalqının mənafeyinə xidmət edir, həm də beynəlxalq əməkdaşlıq üçün geniş perspektivlər açır. Bu məqam iki ölkə arasındakı əlaqələrin möhkəmlənməsinin aparıcı faktoru olaraq qəbul edilir.

Bütün bunların əsasında D.Tramp belə bir arzusunu ifadə edir: "Tərəfdaşlığımızın gələcək illərdə də inkişaf etməsini səmimiyyətlə arzulayıram". Deməli, Vaşinqton dəqiq informasiyalara əsaslanaraq, analiz və proqnozlar əsasında belə qənaətə gəlib ki, Azərbaycanla əməkdaşlıq mütləq inkişaf etdirilməlidir. Şübhəsiz, bu, Azərbaycan rəhbərliyinin böyük siyasi uğurudur. Və həmin istiqamətdə yeni-yeni nailiyyətlərin olacağına sarsılmaz inam mövcuddur! Çünki ölkə əmin əllərdədir!

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir