TRT AZƏRBAYCANDA PARLAMENT SEÇKİLƏRİNİ11 NƏFƏRLİK QRUPLA MÜŞAHİDƏ EDƏCƏK VƏ YAYIMLAYACAQ
Türkiyə Radio-Televiziya Qurumunun (TRT) Bakı təşmilçisi Abdulhəmid Avşar AZƏRTAC-a bildirmişdir ki, TRT noyabrın 6-da Azərbaycanda Milli Məclisə keçirilən seçkiləri 11 nəfərlik bir qrupla izləyəcək və canlı yayımlar hazırlayacaqdır. Bu məqsədlə TRT-nin əməkdaşları noyabrın 4-də Bakıda olacaqlar. Azərbaycandakı sosial-iqtisadi həyatı, qardaş xalqın adət-ənənələrini, tarixini və mədəniyyətini Türkiyə kanalları vasitəsilə dünyaya tanıtmağı qarşısına məqsəd qoymuş əməkdaşlarımız cari ilin əvvəlindən “Qafqazı addım-addım”, “Ziyalılarla mədəniyyət gəzintiləri”, “Bakı ilhamları”, “Xəzərdən baxış” və “Həyat axarkən” adlı silsilə proqramlar hazırlayaraq tamaşaçılara təqdim etmişlər.
Xatırladaq ki, TRT-nin Bakı təmsilçiliyi müqəddəs Ramazan ayı boyunca Bakı, Ağcabədi, Bərdə, Şəki və Xaçmaz rayonlarında 12 veriliş hazırlamış və TRT-1 ekranlarında yayımlamışdır. Bu proqramlarda xalqımızın orucluq adətlərindən, zəngin mətbəxindən danışılmış, çəkilişlər aparılmış bu qədim yerlərin tarixi haqqında məlumat verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [13:24]
Sərdar Berdiməhəmmədov: Altıtərəfli format yeni əhəmiyyətli imkanlar açır
- 08.10.2026 [12:56]