Azərbaycan Dövlət İnformasiya Agentliyi

“TRT World” kanalında Ermənistan-Azərbaycan münaqişəsinə dair film yayımlanıb VİDEO ​

Bakı, 26 sentyabr, AZƏRTAC

Nüfuzlu “TRT World” telekanalında Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən növbəti sənədli film yayımlanıb.

AZƏRTAC xəbər verir ki, “Dağlar oğlu” adlı filmdə münaqişənin insanların taleyinə vurduğu ağır zərbələrdən bəhs olunur. Ekran əsərində “Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin sədr müavini, ADA Universitetinin professoru Gülməmməd Məmmədovun keşməkeşli həyatı fonunda azərbaycanlı məcburi köçkünlərin üzləşdikləri məhrumiyyətlərdən, əzablardan danışılır.

O, doğulduğu Laçın rayonunun zəngin təbii sərvətlərindən və əsrarəngiz gözəlliyindən bəhs edərək, doğma yurdda sülh şəraitində yaşadığı günlərlə bağlı xatirələrini bölüşür: “Sovet İttifaqı dağılmaq ərəfəsində olarkən Ermənistan yaranmış fürsətdən istifadə edərək Azərbaycan ərazisinin bir hissəsini, xüsusilə də Dağlıq Qarabağ kimi tanınan torpaqlarını öz ərazisinə ilhaq etmək istəyirdi. Həmin dövrdə erməni silahlı dəstələri Azərbaycanın dinc əhalisinə qarşı kütləvi qırğınlar törədir, onları qətlə yetirirdi. Biz də düşünürdük ki, hamımız bu dəhşətli hadisələrin qurbanı ola bilərik. Xocalı faciəsindən bir neçə ay sonra ermənilər bizim Laçın rayonuna, o cümlədən yaşadığımız kəndə hücum edərək, dinc və günahsız insanları vəhşicəsinə öldürməyə başladılar. Həmin vaxt mənim də valideynlərim girov götürüldü, qohumlarımın bir çoxu öldürüldü. Sağ qalanlar isə öz həyatlarını xilas etmək üçün evlərini tərk edərək kənddən çıxdı. Hamımız ölümlə üz-üzə idik. Xoşbəxtlikdən mən və ailəm sağ qaldıq. Laçını tərk etdikdən sonra Ağcabədi rayonuna yollandıq. Laçın rayonundan olan bütün məcburi köçkünlər müvəqqəti olaraq Ağcabədi rayonu ərazisində yerləşmişdilər və ümid edirdilər ki, bir müddətdən sonra doğma yurda və evlərinə geri dönəcəklər. Biz də on il ərzində burada yaşayası olduq və ümid edirdik ki, nə vaxtsa öz yurdumuza qayıdacağıq”.

Məcburi köçkünlərin yayı isti, qışı isə çox soyuq olan bir ərazidə məskunlaşdıqlarını xatırladan Gülməmməd Məmmədov qeyd edib ki, burada nə məktəb, nə xəstəxana, nə də infrastruktur var idi. Onlar bir müddət çox acınacaqlı şəraitdə yaşamağa məcbur oldular. İndi həmin günləri xatırlamaq onlar üçün çox ağırdır.

O, daha sonra deyib: “O vaxt Təhsil Nazirliyinin humanitar proqramı çərçivəsində bizə dərsliklər verildiyini xatırlayıram. Məskunlaşdığımız ərazidə məktəb olmadığı üçün atam bizə “özünüz oxuyun və savadlanın” deyirdi. O, bizə bu çətinliklərdən xilas olmağın yolunun və parlaq gələcəyin yalnız təhsildən keçdiyini bildirirdi. Beləliklə biz, məktəbə getmədən dərslikləri oxuyurduq. Atam mənə, ilk növbədə, riyaziyyat və coğrafiyanı öyrənməyi məsləhət gördü.

Universitetə hazırlaşarkən məktəbə getməyən bir uşağın sadəcə dərs kitablarını oxumaqla buna nail ola biləcəyinə çoxları inanmırdı. Lakin mən ölkənin ən qabaqcıl təhsil ocaqlarından biri olan Bakı Dövlət Universitetinin fizika fakültəsinə qəbul oldum və bu barədə xəbər demək olar ki, bütün ölkədə yayıldı. Yaxşı xatırlayıram, bundan xəbər tutan minlərlə məcburi köçkün məni bir nümunə hesab edir və onlar da təhsil almağa can atırdılar.

Ağcabədidən Bakıya köçəndə 17 yaşım var idi və Bakı Dövlət Universitetinə qəbul olmuşdum. Universitetdə təhsil almaq üçün Bakıda ev kirayə tutmalı idik və buna imkanımız yox idi. Beləliklə qardaşımla mən, zibilliyə atılmış materialları yığaraq balaca bir otaq tikdik. Bir masam var idi və bu da oxumağa kifayət edirdi. Çünki oxumaq həvəsim o qədər güclü idi ki, bu çətinliklər gözümə görsənmirdi. Universiteti əla qiymətlərlə bitirdim. Bütün ailə üzvlərimiz - bacılarım, qardaşlarım qazandıqları və yığdıqları pulu mənə göndərirdilər ki, təhsilimi başa vurum”.

Universiteti bitirdikdən sonra qarşısına beynəlxalq təhsilə yiyələnmək məqsədi qoyduğunu bildirən Gülməmməd Məmmədov deyib ki, İtaliyanın Triest şəhərində yerləşən Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinə müraciət etdi və orada yüksək enerjilər fizikası üzrə birillik təhsil almaq şansı qazandı. Ancaq bununla da kifayətlənmədi: “Təhsilimi davam etdirib fəlsəfə doktoru elmi dərəcəsi qazanmaq istəyirdim. Elmi rəhbərlərim və müəllimlərim mənə ABŞ universitetlərinə müraciət etməyi tövsiyə etdilər. Beləliklə, ABŞ-ın Nyu-York şəhərindəki Serakuz Universitetində fəlsəfə doktoru elmi dərəcəsi almaq imkanı qazandım və təhsilimin bu pilləsini də uğurla tamamladım.

ABŞ-da təhsil aldığım müddətdə qaçqın düşərgəsində qalan minlərlə uşaq üçün bir nümunə olduğumu heç vaxt unutmadım. Bilirdim ki, necə olursa-olsun, uğur qazanmalıyam və məqsədimə çatmalıyam. Son nəticədə yüksəkixtisaslı mütəxəssis və müəllim kimi Vətənimə qayıdıb, xalqıma xidmət etməliyəm”.

Gülməmməd Məmmədov deyib ki, onun bu qədər ağrı-acı yaşamasının günahkarı Ermənistan dövlətidir. “Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və bu torpaqlarda etnik təmizləmə siyasəti yürütməsi nəticəsində mən demək olar ki, uşaqlığımın böyük bir hissəsini itirmişəm. Ancaq mən ermənilərə qarşı nifrət hissi duymuram. Bu hadisələrin baiskarı Ermənistanın yürütdüyü milli ideologiya, onların dövlət siyasəti, öz qonşusuna qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətidir ki, bunun da ağrı-acısını mənim kimi yüz minlərlə vətəndaşımız yaşayıb və yaşayır. Biz 30 ilə yaxındır ki, doğma yurd həsrəti ilə yaşayırıq, 30 ildir ki, öz doğmalarımızın qəbirlərini ziyarət edə bilmirik. Əlbəttə, bu, bizim üçün çox ağrılı-acılıdır. Biz Ermənistandan yalnız torpaqlarımızı geri qaytarmalarını istəyirik. Ata-baba yurdumuza qayıtmaq, orada öz həyatımızı qurmaq istəyirik. Mən öz uşaqlığımın keçdiyi evə - öz yurduma qayıtmaq istəyirəm. Bu müharibə ucbatından mənim nə normal uşaqlığım olub, nə normal məktəbə getmək şansım, nə də xoşbəxt uşaqlıq illərim. Uşaq ikən məcburi köçkün düşərgəsində üzləşdiyimiz həmin çətin günləri bu gün də xatırlayıram və öz övladımın eyni tale yaşamasını istəmirəm. Əksinə, onun sülh şəraitində böyüməsini istəyirəm və bunun üçün əlimdən gələni əsirgəməyəcəm.

Ayrı-ayrı ölkələrin insanları arasında müxtəlif fərqliliklərlə yanaşı, oxşarlıqlar da mövcuddur. Ancaq biz bu fərqliliklərdən deyil, oşxarlıqlardan yararlanmağa daha çox diqqət yetirməliyik. Bizi birləşdirən oxşar cəhətləri təşviq etməliyik. Fizika sahəsində mütəxəssis olaraq bəzən yaşadığımız planet haqda düşünərkən ona kənardan - kosmosdan baxanda bizim kiçik evimiz olan, münaqişə və müharibələrin baş verdiyi Yer planeti çox mənasız görünür. Fikrimcə, biz bu düşüncə ilə, yəni fizika mütəxəssisinin düşüncəsi ilə bütün planetə öz evimiz kimi baxaraq daha yaxşı dünya, daha yaxşı gələcək qura bilərik”, - deyə, professor söhbətini tamamlayıb.

Qeyd edək ki, ingilisdilli auditoriya üçün nəzərdə tutulan “Dağlar oğlu” sənədli filminin çəkilişləri Bakı ilə yanaşı, Ağcabədi və Daşkəsən rayonlarında məcburi köçkünlərin yaşadıqları ərazilərdə aparılıb.

“TRT World” kanalında Ermənistan-Azərbaycan münaqişəsinə dair film yayımlanıb VİDEO ​

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir