Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tuğ kəndi ərazisindəki tarixi mədəniyyət abidələri

Tuğ kəndi ərazisindəki tarixi mədəniyyət abidələri

Bakı, 21 iyun, AZƏRTAC

Xalq arasında haqqında müxtəlif yozumlar və əfsanələrin yarandığı Tuğ toponiminin də qədim tarixi var. Yazılı mənbələrdə bu söz öz həqiqi həllini tapdığına görə, Ermənistan silahlı qüvvələrinin işğalı dövrü bu toponimin ermənilər tərəfindən dəyişdirilməsi mümkün olmayıb.

Tuğ kəndi Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidlərindən biridir. Qarabağın ən qədim tarixə və mədəniyyətə sahib kəndlərindən biri olan Tuğun adı Azərbaycan tarixinə dair V-VIII əsrlərin mənbələrində çəkilir. Tarixi baxımdan Tuğ kəndi olduqca zəngin ərazidir. Orada Ki-Tış qalası, Qafqaz Albaniyası dövrü abidələri və kəndin özündə 50-dən çox tarixi əhəmiyyətli memarlıq abidələri var. Bu kəndin adı və tarixi çox qədimlərə gedib çıxır. “Tuğ” sözünün bir neçə mənası var: bu adı “zirvə” və “bayraq” kimi də mənalandırırlar. Tarixi bilgilərə görə tuğ başında at və ya çöl öküzü quyruğu bağlanan nizədir. Bir bilgiyə görə isə Tuğ qıpçaq kökənli bir soyun adıdır.

Bu sözlər AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılovun “Tuğ kəndi ərazisindəki tarixi mədəniyyət abidələri” adlı məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Tuğ kəndi 1991-ci il oktyabrın 31-dən 2020-ci il noyabrın 9-na kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. Kənd Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. İşğal dövrü bu kəndin tarixi mədəniyyət abidələri ermənilər tərəfindən formaları dəyişdirilərək erməniləşdirilib, kəndin yaşayış evləri isə dağıdılaraq xarabalığa çevrilib.

Tuğ dərəsi ərazisi Xocavənd rayonunun tarixi və mədəniyyət abidələri ilə zəngin ərazidir. Kənd İşxan çayının ətraf yamaclarında yerləşir. Sıx yarpaqlı meşələr və meyvə bağları ilə örtülmüş dağlar və dərələr, dumanda itən məxmər çəmənliklər və qayalıq dağ zirvələri, gümüşü axarları və buzlu bulaqlar bu dərəyə xüsusi cazibə və təbii gözəllik verir.

Müasir Xocavənd rayonunun böyük bir hissəsinə daxil olduğu Dizak məlikliyinin ərazisi zəngin tarixi və memarlıq irsi ilə seçilir. İşxan çayının sağ tərəfində, Çıraqüz kəndindən bir kilometr yarım Cənub-Qərbdə, Məmməddərə kəndi yaxınlığındakı yamacda Tuğ kəndi, bir az irəlidə - Ağdam kəndi yerləşir. Çıraqüz kəndinin sağında Düdükçü kəndləri, eləcədə Edilli, Axullu, Ağbulaq, Xırmancıq kəndləri yerləşir.

Dərənin qarşı tərəfində sirli möcüzəli yeraltı salonları olan Azıx mağarası, sol tərəfdə Zoğalbulaq, Salakətin, sağ tərəfdə Böyük Tağlar, Cənubda dərənin son yaşayış yeri olan Binə kəndi yerləşir. Vadinin mərkəzində Tuğ dağı ucalır, dağın zirvəsində qədim Ktiş qalası yerləşir. Dağın şərq yamacında, qayalı yaylanın ətəyində, Dizaq məlikliyinin sarayı olan Tuğ kəndi, Cənubda, Ktiş məbədinin qonşuluğunda, beş kilometr məsafədə Susanlıq kəndi yerləşir.

Tuğ vadisi şimaldan Kirs dağ silsiləsi, qərbdən Ziyarət dağı ilə həmsərhəddir. Şərqdə, Qarabağ dağ silsiləsinin ətəklərində tədricən düzənliklər başlayır. İşğan çayı dərə boyu axır. Çayın sahilləri boyu meşəyə qarışmış qoz-tut bağları, üzüm bağları, alma, armud və gilas ağacları, itburnu (həmərsin) və böyürtkən kolları göz oxşayır.

Bulaq: Abidə Xocavənd rayonunun Tuğ kəndində yerləşir. Bulaq yerli pud daşlar və əhəng məhlulu ilə tikilib. Görkəmi qövsvari formaya malikdir ön tərəfin yan divarları yonulmuş və cilalanmış daşlardan tikilib. Abidənin şimal-qərb tərəfində bir taxça var. Bulağın uzunluğu 5,9 metr, eni 4,7 metr, hündürlüyü 3,1 metrdir. Abidə Ermənistan silahlı qüvvələrinin işğalından sonra öz mövcudluğunu qoruyub saxlaya bilib.

Daş fiqur: Abidə Xocavənd rayonunun Tuğ kəndi ərazisində, Ki-Tış məbədinin yaxınlığında aşkar edilib. Abidənin eni 12 santimetr, hündürlüyü 31 santimetr, eni 10 santimetrdir. Hazırlanma tarixi məlum deyil. Abidə Ermənistan silahlı qüvvələrinin işğalından sonra öz mövcudluğunu qoruyub saxlaya bilib.

Daş fiqur: Abidə Xocavənd rayonunun Tuğ kəndində aşkar edilib. Eni 54 santimetr, qalınlığı 7 santimetr. Abidə qəhvəyi daşdan hazırlanıb. Fiqur işğal dövrü mövcudluğunu qoruyub saxlayıb.

Kitiş məbədi: Tuğ dağının şimal-şərq yamacının aşağısında, sıx meşələr arasında günbəzi uzaqdan yaxşı müşahidə olunan məşhur Kitış məbədi yerləşir. Tarixi mənbələrin göstərdiyi kimi, Kitış məbədi qədim zamanlardan Qarabağın Şərq regionunun siyasi və mənəvi mərkəzlərindən biri olub. Alban Yeparxiya mərkəzi kimi fəaliyyət göstərən məbəd VIII əsrdən etibarən Dizak naiblərinin himayəsində olub. Məbədin yaxınlığında yerləşən Kitiş qalası IX əsrdə Esai Əbu-Musa adlı şəxsin iqamətgahı olub. X əsrdə qala Dizaq mahalı naiblərinin iqamətgahına çevrilib.

XIII əsrin ortalarında yeni tikililər sayəsində Kitiş məbədi genişlənmiş, Dizak məlikləri dövründə, Qarabağın məşhur monastır komplekslərindən birinə çevrilib. Məbədin divarlarında və məbədin ərazisindəki xaçdaşları üzərində həkk olunmuş XIII əsrlərə aid epiqrafik yazılar və qiymətli məlumatlar təəssüf ki, Ermənistan silahlı qüvvələrinin işğalından sonra ermənilər tərəfindən bir qismi silinərək erməni dilində əlavələr edilib.

Abidə üzərində dövrümüzə qədər qorunan epiqrafik yazılar ermənilər tərəfindən silinməsəydi, məbədin qədim tikililərinin tarixini müfəssəl araşdırma imkanımız olardı. Məbədin şimal divarına yerləşdirilən yazı saxtadır. Məbəd haqqında həqiqətləri əks etdirmir. Erməni mənbələrində Kitiş məbədinin 1241-ci ildə tikintisinə başlanıldığı və yeddi il sonra, 1248-ci ildə tamamlandığı göstərilir. Lakin bunun nə dərəcədə doğru olduğu gələcək tədqiqatlar nəticəsində müəyyən olunacaq.

Memarlıq baxımından Kitış məbəd kompleksi çoxəsrlik Alban mədəniyyətinin maraqlı abidələrindən biridir. Bildiyiniz kimi, Qarabağ memarları Alban memarlıq məktəblərinin ən yaxşı nailiyyətlərini məharətlə yerli ənənələrlə birləşdirib, gözəl və ahəngdar kompozisiya yaradılmasına öz töhfələrini veriblər. Kitiş məbədi kompleksin fərdi proporsiyalarının mütənasibliyi, fasadların təmkinli dekorasiyası təkcə orijinal deyil, həm də ölməz xatirələrin yaradıcısı olan türk xalqlarının yüksək peşəkar ustalığının və estetik zövqünün sübutudur. Kompleksin əsas binası, şübhəsiz ki, bütün kompleksin bəzəyidir. Xaricdən düzbucaqlı uzunluğu 10 metr, eni 7,5 metr ölçüdə və içəridən mərkəzləşdirilmiş günbəzli bu kiçik tikili yarımdairəvi apsid (tağlı) hər iki tərəfində qoşa divar dirəkləri və ikimərtəbəli dəhlizləri olan günbəzli salonu təmsil edir. Dəhlizlərin yuxarı mərtəbələrindəki girişlərinə daş pilləkənlərlə çıxılır.

Məbədin əsas binası yaxınlıqda olan karxanalarda sarımtıl daşdan yonulmuş bloklarla tikilib. Binanın divar sütunlarının üstündən qövsvari tağlar kifayət qədər hündür qurulub və üzərlərində məbədin möhtəşəm günbəzini daşıyırlar. Günbəz silindrik formada olub damın tağları üzərində oturdulub. İkinci mərtəbəyə çıxmaq üçün daş pilləkənlərlə giriş təmin edilib. Binanın fasadları qoşalaşmış üçbucaqlı nişlərlə bəzədilib. Pəncərələrin ətrafı düzbucaqlı bədii ornamentli bəzəklərlə haşiyələnib.

Məbədin daxili və xarici divarları dekorativ bəzəklərlə çox yüklənməyib ki, bu da bəlkə də, o dövrün memarlığının əsas xarakterik xüsusiyyətlərindən biri olub. Məbəd 1992-ci ildə Ermənistan silahlı qüvvələrinin işğalına qədər öz unikal görünüşünü qoruyub saxlayıb. Məbədin daxili fasadlarının dekorasiyasında pəncərə ətraflarında üçbucaqlı taxçalar diqqət çəkir. Binanın öz dövrü üçün məbəd memarlığı ənənəvi və innovativ dekorativ motivləri özündə birləşdirir. Dekorasiyanın ayrı-ayrı detalları Amaras Monastrındakı ornamentlərlə və eləcədə Gəncəsər Monastrının taxçalarının dekorativ tağları və bəzəkləri ilə paralellik təşkil edir.

Xocavənd rayonunun öz memarlıq məziyyətlərinə və bölgənin mədəni həyatında müstəsna mühüm rola görə Kitiş məbədi Kəlbəcər rayonunun Gəncəsər və Xudavəng monastrları kimi Azərbaycan memarlığının şah əsərləri ilə eyni səviyyədədir.

İşğal dövrü (2007-ci ildə) ermənilər bu abidəni bərpa etmək bəhanəsi ilə formasını dəyişdirdilər. Bərpa dövrü abidənin üzərindəki bir çox ornamental daş nümunələri məhv edildi. İki daş əlyazma isə çıxarılaraq Ermənistanın İrəvan şəhərindəki Matadaran meydanına aparıldı. Hazırda həmin daş əlyazmalar Matadaran meydanında №7822, №7823 şifrlər altında saxlanılır.

Tuğ qalası: Qala Tuğ dağının zirvəsində, Kitiş məbədi ilə üzbəüz ərazidə yerləşir. Azərbaycanın orta əsrlər tarixində dəfələrlə adıçəkilən Kitiş və ya Tuğ qalası erkən orta əsrlərdə Dizak Mahalının və bütün Qarabağın ən alınmaz istehkamlarından biri idi. Qalanın şimal tərəfdən keçilməz qaya ilə, şərq tərəfdən mühafizə divarları ilə, Cənub və Qərb tərəflərdən isə sərt şaquli qayalarla əhatələnib. Uçurumun yarıqlarında xəndəklər uzanır, ikinci təbii müdafiə xətti şəklində orijinal istehkam yaradır.

Heç də təsadüfi deyil ki, Dizak mahalının naibləri Tuğ şenliyini özlərinin baş kəndi seçərək Kitış və ya Tuğ qalasından özlərinin iqamətgahı kimi istifadə etdilər. Qala xarici dünya ilə yalnız onun Şimal hissəsindən Kitiş məbədi ilə üzbəüz hündür qayadan keçən gizli keçid vasitəsilə əlaqə saxlayırdı. İnşaatçılar qalada su ehtiyatı saxlamaq üçün su anbarları da yaradıblar. Kitiş qalasının dörd tərəfdən sıldırım qayalarla əhatələnmiş dağın zirvəsində, hündür ağacların sıx kölgəsi altında qədim qalanın möhtəşəm görüntüləri canlanır. Qalanın keçmiş əzəmətini təsəvvür etmək üçün orada Dizak naiblərinə məxsus çoxsaylı binaların xarabalıqları var. Artıq yarısı torpaq altda qalan qalanın yuxarı hissəsində, demək olar ki, uçurumun yanında, yonma daşdan tikilmiş yarıuçuq binanın qalıqları var.

Yerli əhalinin verdiyi məlumata görə, son illərdə bu qaladan Ermənistan hərbçiləri tərəfindən qalıb əldə edilən müxtəlif məişət əşyaları, gil qablar, müxtəlif silahlar, metal qablar, qədim sikkələr, saxsı küplər, karaselər tapılaraq Ermənistana aparılıb. Qalanın daxilində iç qalanın qala divarlarının qalıqlarının ayrı-ayrı hissələrini görmək olur. İşğal dövrü ermənilər tərəfindən qala divarlarına yerləşdirilmiş xaç daşlarının yöndəmsiz görkəmi də diqqət çəkir. Qaladaxili binaların uçuq-sökük divarları mamır basmış vəziyyətdədir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq