“Tullantılara həyat verək” - dəyirmi masa







Bakı, 24 oktyabr, AZƏRTAC
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində oktyabrın 25-də AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (REM) təşkilatçılığı və Şəki Tibb Kollecinin dəstəyi ilə “Tullantılara həyat verək” mövzusunda dəyirmi masa keçirilib.
Bu barədə AZƏRTAC-a Şəki REM-dən məlumat verilib.
Şəki Tibb Kollecinin direktoru Elmira Hacıyeva bildirib ki, tədbir tullantıların idarə olunması, təhlükəli tullantıların utilizasiyası, bu sahədə mövcud problemlər və onların həlli yolları ilə bağlı müzakirələr aparmaq məqsədilə keçirilir.
Dəyirmi masada “Qlobal istiləşmənin yaranma səbəbləri və yaşıl dünyanın qorunması”, “Yaşıllıqların insanlar üçün əhəmiyyəti”, “Bitki ehtiyatlarının insan sağlamlığında rolu”, “COP29-un Azərbaycan üçün faydası”, “Azərbaycanın yaşıl enerji ilə bağlı təşəbbüsü” mövzularından məruzələr dinlənilib.
Sonda iştirakçılara təşəkkürnamələr təqdim edilib, Şəki REM-in nəşri olan kitablar Şəki Tibb Kollecinin kitabxanasına hədiyyə olunub.