“TurAz Şahini 2015” təlimi davam edir
Bakı, 7 mart, AZƏRTAC
Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinin birgə təlimləri davam edir. Ötən gün simvolik olaraq şəxsi heyətin iştirakı ilə qurban kəsilməsi mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mərasimdə Türkiyə Hərbi Hava Qüvvələrinin aviabaza komandiri çıxış edərək təlim iştirakçılarına uğurlar diləyib.
MiQ-29, Su-25, Mi-17 tipli təyyarə və helikopterlərin pilotları ilə keçirilən dərslərə əsasən uçuşların hazırlığına davam etdirilib. Heyətlər uçuş xəritələrində aerodrom və təlim rayonunun ərazisini öyrənərək çalışma tapşırıqlarını yerinə yetirib, təhlükəsizlik qaydaları və hündürlük hesabatlarını aparıblar.
Təlimlər davam edir.