Turizm İnstitutunda elmi-praktik konfrans keçirilmişdir
Bakı, 7 may (AZƏRTAC). Mayın 7-də Azərbaycan Turizm İnstitutunda (ATİ) ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 93-cü ildönümü münasibətilə elmi-praktik konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, ATİ-nin kafedra müdiri, dosent İbrahim Əliyev Xalq Cümhuriyyətinin yaranma tarixindən, onun süquta uğramasının səbəblərindən geniş söhbət açmışdır.
Natiq müstəqilliyimizin bərpasından sonra dövlətçiliyimizin qurulmasında və inkişafında, onun beynəlxalq aləmdə tanınmasında ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətlərini, ulu öndərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulamışdır.
Konfransda “Kulturologiya probleminə müxtəlif yanaşmalar”, “Azərbaycan mədəniyyətində müstəsna yeri olan Yusif Ziyanın kulturoloji görüşləri”, “Geyim mədəniyyətinin kulturoloji təhlili” və “Üç mədəniyyət əsəri” mövzularında məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]