Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türk dünyasını yenidən birləşdirəcək Zəngəzur dəhlizi regionda sülhün daimi olmasına unikal imkanlar yaradacaq

Türk dünyasını yenidən birləşdirəcək Zəngəzur dəhlizi regionda sülhün daimi olmasına unikal imkanlar yaradacaq

Bakı, 2 aprel, AZƏRTAC

“Bizim birliyimizdən çox şey asılıdır” söyləyən dövlətimizin başçısı İlham Əliyev daim bu çağırışı da edirdi ki, türkdilli dövlətlərin birliyi daha da gücləndirilməli, bir ölkənin problemi digər ölkənin problemi kimi qəbul olunmalıdır. Türkiyə-Azərbaycan birliyi ümumilikdə bütün türk dünyasına nümunə göstərilir. Möhtərəm Prezidentimiz İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilən qeyri-formal Zirvə görüşündəki nitqində yer alan fikirlər yalnız ölkəmizin deyil, eyni zamanda, türk dünyasının bu günü və gələcəyi baxımından xüsusi əhəmiyyətə malikdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyevin toplantıdakı çıxışını əsasən Qarabağ mövzusuna həsr etməsi onun növbəti dəfə bütün platformalarda Azərbaycanın milli maraqlarını prinsipiallıqla ifadə və müdafiə etdiyini ortaya qoyur. “Prezident İlham Əliyev Zirvə görüşündəki nitqində Ermənistanın Azərbaycan torpaqlarına təcavüzünə faktlar əsasında diqqət yönəltdi. Ermənistanın sistemli şəkildə təxribatlar törətdiyini, azərbaycanlıların milli heysiyyətı ilə oynadığını, bu hərəkətlərin dözülməzliyini, Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə” bəyanatının və 2020-ci ilin yayında Ermənistanın sabiq müdafiə nazirinin yeni əraziləri işğal etmək anonslarını bir daha diqqətə çatdıran cənab İlham Əliyev ardıcıl təxribatlara cavab olaraq 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən və Azərbaycanın hərbi-siyasi Qələbəsi, Ermənistanın kapitulyasiyası ilə nəticələnən 44 günlük Vətən müharibəsinin baş verdiyini bildirdi. Bir daha qeyd etdi ki, Ermənistanın xarici dəstək olmadan Azərbaycan torpaqlarını uzun müddət işğal altında saxlaması mümkünsüz idi. ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi ucbatından yaranmış vəziyyət, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin kağız üzərində qalması işğalçı dövlətin danışıqlar prosesini imitasiya naminə aparması ilə müşayiət olunurdu. Nəzərə alsaq ki, ATƏT-in Minsk qrupunun həmsədrləri - ABŞ, Fransa və Rusiya, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının veto hüququna malik daimi üzvləri, dünyanın aparıcı dövlətləridir, 30 ilə yaxın müddətdə işğalçı Ermənistana qətnamələrə məhəl qoymamasına, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmasına görə hansısa bir sanksiyanın tətbiq edilməməsi daim sual doğuran məqamlardan olub. Ərazisinin 20 faizi işğal altında, bir milyondan çox vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətində olan Azərbaycan haqsızlıqlarla, dünyanın ikili siyasəti ilə üz-üzə qalanda Ermənistanın işğalçılıq, etnik təmizləmə, soyqırımı və sair kimi cinayətkar əməllərinə hüquqi və siyasi qiymət verilməsi aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatları qətiyyən düşündürmürdü”, - deyə baş redaktor qeyd edib.

Vurğulanıb ki, dövlətimizin başçısı İlham Əliyevin nitqində səslənən “Ermənistana qarşı işğalla bağlı ciddi təzyiq göstərilsəydi və Azərbaycanın tələbi nəzərə alınıb sanksiyalar tətbiq edilsəydi, məsələ çoxdan sülh yolu ilə öz həllini tapa bilərdi” kimi bəyanatlar 30 ilə yaxın dövrdə Ermənistana maddi və mənəvi dəstək göstərən, bu kasıb, hətta mən deyərdim ki, dilənçi ölkəyə ən müasir, alınması böyük məbləğdə vəsait tələb edən silahlar hədiyyə edən dövlətlərə ciddi dərs olmalıdır. Bəyanatlar kağız üzərində qalıb saraldıqca dünya dövlətləri özlərinə qarşı inamsızlıq mühiti yaratmaqla yanaşı, beynəlxalq hüquq probleminin yaşandığını da təsdiqləmiş olurdular. Azərbaycan Ordusu Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 ilin işğalına son qoydu, dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların bu müddətdə edə bilmədiklərini 44 gündə etdi, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olundu.

Baş redaktor bildirib ki, Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində yazdığı şanlı tarixlə regionda və dünyada yeni reallıqlar yaratdı. Bu gün həmin reallıqların ölkəmizin qarşısında geniş imkanlar açdığının şahidi olduğumuzu deyən V.Rəhimzadə qeyd edib: “Hazırda “Dağlıq Qarabağ” adında ərazi subyekti yoxdur və olması da mümkün deyil. Bu gün Azərbaycan yalnız öz daxilində deyil, regionda və dünyada təhlükəsizliyin, sabitliyin, inkişafın təminatçısı kimi çıxış edir. Dövlətimizin başçısının nitqində yer alan digər məqam - Zəngəzur dəhlizinin tarixi əhəmiyyəti də bunu deməyə əsas verir. 2019-cu il oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşündə Prezident İlham Əliyevin Zəngəzurla əlaqədar söylədiyi “2009-cu ilin oktyabrında dövlət başçılarının Azərbaycanın qədim şəhəri Naxçıvanda keçirilmiş Zirvə görüşündə ölkələrimiz arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradıldı. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında Zəngəzur yerləşir. Vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Ancaq Naxçıvanda qəbul etdiyimiz qərarlarla və birgə işimizlə biz türk dünyasının birliyini daha da gücləndirdik və qardaşlığımızı davam etdiririk. Bu mənada Türk Şurasının yaradılmasına dair qərarın məhz Naxçıvanda keçirilmiş Zirvə görüşündə qəbul edilməsi türk dünyası üçün böyük rəmzi əhəmiyyətə də malikdir” fikirləri perspektivlərin aydın mənzərəsini yaratmışdır. Həmin bəyanatın səsləndirilməsindən, yəni 2009-cu ildən ötən müddət ərzində qarşıya qoyulan məqsədə nail olmaq üçün ciddi səylər göstərilib. Cənab İlham Əliyev Türk Şurasının qeyri-formal Zirvə görüşündə bu günümüzün reallıqlarına söykənərək bu fikri böyük əminliklə qeyd etdi ki, Zəngəzur türk dünyasını yenidən birləşdirəcək, regionda sülhün, təhlükəsizliyin, sabitliyin və inkişafın daimi olması üçün yeni imkanlar yaradacaq. Verilən hər bir mesaj özündə müəyyən hədəfləri ehtiva etməklə yanaşı, türk dünyasına çağırışdır. Məhz bu baxımdan cənab İlham Əliyev Zirvə görüşündəki nitqini Dağlıq Qarabağ məsələsinə həsr etdi. Bununla bir daha bəyan etdi ki, dost ölkələrin rəhbərləri məsələnin mahiyyətini dərindən bilməlidirlər. Bu əminlik də ifadə olundu ki, növbəti canlı təmaslar əsnasında bu məsələni daha geniş formatda müzakirə edəcəyik”.

Vüqar Rəhimzadə bildirib ki, göründüyü kimi, hər bir beynəlxalq səviyyəli tədbir əhatə etdiyi mövzunun aktuallığı ilə yanaşı, quruma üzv dövlətlərin malik olduğu imkanların, həmçinin bir-birinə münasibətlərinin təqdimatında əhəmiyyətli rol oynayır. “Ən əsası bu reallıq bir daha önə çəkilir ki, səylər birləşdiriləndə, məsələyə ədalətli yanaşma olduqda hədəfə tez və lazımi səviyyədə çatmaq mümkündür. Azərbaycan-Türkiyə birliyini önə çəkən möhtərəm Prezidentimiz İlham Əliyev bildirmişdir ki, Vətən müharibəsinin ilk günündən qardaş Türkiyədən böyük dəstək aldıq. Bu siyasi və mənəvi dəstəyin çox böyük əhəmiyyəti var idi. Türkiyə Prezidenti dünyaya bu mesajı çatdırdı ki, Azərbaycan tək deyil, Türkiyə daim onun yanındadır. Azərbaycan bu dəstəyi Vətən müharibəsi başlanandan bu günə, işğaldan azad edilmiş torpaqlarımızda quruculuq və bərpa işlərinin aparılmasınadək hiss edir. Türk Şurasının Zirvə görüşündə “Qırx dörd gün davam edən, dastana bənzər mübarizədən sonra 30 illik işğal sona çatıb, Dağlıq Qarabağ Ana Vətənlə yenidən qovuşub” söyləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ən qısa zamanda - Ramazan bayramından sonra özünün dediyi kimi, qardaşı, dövlətimizin başçısı İlham Əliyevlə birgə Şuşanı ziyarət etmək arzusu da bu birliyin uğurlu davamının, sarsılmazlığının göstəricisidir”, - deyə baş redaktor vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH