TÜRKİYƏ “AVROVİDENİYE” MAHNI MÜSABİQƏSİNİ KEÇİRMƏYƏ HAZIRDIR
Nazir demişdir ki, hökumət bu tədbirə böyük əhəmiyyət verərək, ona Türkiyəni Avropa tamaşaçılarına layiqincə təqdim etmək imkanı kimi baxır. Müsabiqədə qitənin bütün ölkələrindən 700-dək müğənni iştirak edəcəkdir. Onların çıxışlarını təxminən 1500 jurnalist işıqlandıracaqdır. Gözlənildiyinə görə, müsabiqəyə 6 minədək qonaq gələcəkdir.
Türkiyənin tanınmış dizaynerlərinin nəhəng müzik-holla çevirdikləri İdman sarayında ən müasir avadanlıqla – İnternetə qoşulmuş kompüterlərlə, telefonlarla və faks rabitəsi aparatları ilə təchiz edilmiş mətbuat mərkəzi fəaliyyətə başlamışdır.
B.Atalay bildirmişdir ki, müsabiqənin iştirakçıları və qonaqlarının təhlükəsizliyi məsələsinə böyük diqqət yetiriləcəkdir. Bu işi İstanbul Təhlükəsizlik İdarəsinin əməkdaşları yerinə yetirəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [12:20]
Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO
- 01.10.2026 [00:07]
“Dədə Ələsgər Ocağı”nın yeni ofisi açılıb, 5 illik hesabatı təqdim olunub
- 30.09.2026 [22:28]
Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir
- 30.09.2026 [20:39]
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO
- 30.09.2026 [19:05]