Türkiyə Çada ikinci dəfə yardım göndərib
Ankara, 18 iyun, AZƏRTAC
Türkiyə yeni növ koronavirusa (COVID-19) qarşı mübarizədə xarici ölkələrə göstərdiyi dəstək çərçivəsində Çad Respublikasına ikinci dəfə yardım göndərib. Bundan əvvəl eyni təyinatlı yardım alan ölkə Nigeriya olub.
AZƏRTAC xəbər verir ki, tibbi ləvazimat və digər mallardan ibarət yük Milli Müdafiə Nazirliyinin təyyarəsi ilə göndərilib. Təyyarə Etimesgut Hərbi Hava Limanından havaya qalxıb.
Qeyd edək ki, Çada bundan əvvəlki yardım mayın 26-da çatdırılıb. Türkiyə COVID-19 infeksiyası ilə bağlı ABŞ, İngiltərə, İspaniya, İtaliya və Balkan ölkələrinə eyni təyinatlı yardım göndərib. Qardaş ölkədə koronavirusa qarşı mübarizəyə dəstək məqsədilə tədarük etdiyi malların üzərində böyük Mövlanənin “Ümidsizliyin ardından neçə ümidlər, qaranlığın arxasınca neçə günəşlər var” ifadəsi yazılır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [12:57]
“Samsung” rüblük əməliyyat gəlirlərindəki rekordunu yeniləyib
- 08.10.2026 [12:22]
Fransa: Marin Lö Penin 140 milyard avroluq qənaət planı tənqid olunub
- 08.10.2026 [12:04]
Pakistanda 9 terrorçu zərərsizləşdirilib
- 08.10.2026 [11:48]
Lisey şagirdlərinin etirazları davam edir: Parisdə blokadalar qurulub
Beynəlxalq səyyahlar Şuşada
- [13:30]
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]