DÜNYA
Türkiyə ilə Böyük Britaniya arasında “Sərbəst ticarət” haqqında memorandum imzalanıb


Ankara, 29 dekabr, AZƏRTAC
Dekabrın 29-da Türkiyə ilə Böyük Britaniya arasında “Sərbəst ticarət” haqqında memorandum imzalanıb.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Ankara və London arasında keçirilən vedeokonfransda Ticaret Bakanı Ruhsar Pekcan və Böyük Britaniyanın ticarət naziri Liz Truss çıxış ediblər.
Tərəflər imzalanan memorandumu Türkiyə ilə Böyük Britaniya arasında tarixi sənəd kimi dəyərləndiriblər.
2021-ci il yanvarın 1-dən qüvvəyə minəcək memorandumu Türkiyə tərəfdən ticarət naziri Ruhsar Pekcan imzalayıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara