Türkiyə kosmik sahədə Azərbaycanla əməkdaşlıq edəcək
Ankara, 10 fevral, AZƏRTAC
Türkiyə kosmik sahədə 3 ölkə ilə müqavilə imzalayıb. Azərbaycan və Pakistanla da bu sahədə əməkdaşlıq sazişləri isə imzalanma mərhələsindədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin sənaye və texnologiyalar naziri Mustafa Varank deyib.
Qeyd edək ki, Türkiyə kosmik sahədə strateji proqram qəbul edib. Prezident Rəcəb Tayyib Ərdoğan fevralın 9-da Milli Kosmos Proqramının hədəflərini açıqlayıb. Yeni nəsil milli peyklər istehsal etmək, kosmosla əlaqə qurmaq, kosmik liman yaratmaq kimi mühüm sahələrdən ibarət proqramı açıqlayan dövlət başçısı bildirib ki, əsas hədəf türk insanını Aya göndərməkdən ibarətdir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:10]
AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib
- 05.10.2026 [17:59]
Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar
- 05.10.2026 [16:51]