Türkiyə mətbuatı Azərbaycan diplomatının Milli Qurtuluş Günü barədə məqaləsini yayıb
İstanbul, 15 iyun, AZƏRTAC
Türkiyə mətbuatı Azərbaycan Respublikasının Qars şəhərindəki baş konsulu Ayxan Süleymanlının 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan məqaləsini yayıb. www.karsmanset.com, www.karshaberler.com, www.kha.com.tr, www.igdirim76.com, www.iha.com.tr, www.milliyet.com.tr, www.istanbulhaber.com.tr və digər informasiya agentlikləri tərəfindən yayılan məqalədə türkdilli oxuculara keçmiş SSRİ-nin süqutu ərəfəsində Azərbaycanda baş verən ictimai-siyasi proseslər, dövlət müstəqilliyimizin qazanılması, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin yaratdığı ağır nəticələr, Milli Qurtuluş Gününün tarixi, ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası, 1993-cü il iyunun 15-də Ulu Öndərimizin siyasi hakimiyyətə qayıdışının müstəqilliyimizin qorunmasında və ölkəmizin inkişafındakı rolu kimi məsələlər barədə ətraflı məlumat verilir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul