Türkiyə nümayəndə heyəti “Türk şəhidliyi” abidəsini ziyarət edib VİDEO
Bakı, 24 fevral, AZƏRTAC
Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktayın rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 24-də Bakıdakı “Türk şəhidliyi” abidəsi ziyarət edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın istiqlaliyyəti uğrunda canlarından keçən, Azərbaycan-Türkiyə qardaşlığının əbədiliyini, sarsılmazlığını əks etdirən bu məzarlıqda uyuyan qəhrəman və fədakar türk qardaşlarımızın əziz xatirəsi anılıb, gül dəstələri düzülüb.