Türkiyə Prezidenti Donald Trampa İranla bağlı sülh səylərinə töhfə verməyə hazır olduğunu bildirib
Ankara, 8 aprel, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Trampla telefon danışığı aparıb.
AZƏRTAC Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinə istinadla xəbər verir ki, iki lider ABŞ və İran arasında elan edilmiş ikihəftəlik atəşkəs daxil olmaqla, regiondakı mövcud vəziyyəti müzakirə ediblər.
Atəşkəs razılaşmasından məmnunluğunu ifadə edən Türkiyə Prezidenti 40 günlük eskalasiyadan sonra açılan “fürsət pəncərəsi”ndən davamlı sülhə nail olmaq üçün istifadə ediləcəyinə ümidvar olduğunu bildirib.
Prezident Ərdoğan vurğulayıb ki, Türkiyə dost və qardaş ölkələrlə, xüsusən də Pakistanla birgə həyata keçirilən sülh səylərinə töhfə verməyə davam edəcək.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [12:39]
İndoneziyada üç vulkan eyni vaxtda aktivləşib
- 12.06.2026 [12:22]
İran XİN: ABŞ ilə razılaşmanın əsas bəndləri artıq təsdiqlənib
- 12.06.2026 [12:20]
Pakistanda polisə hücum olub: ölənlər var
- 12.06.2026 [12:15]
“Mehr”: İran və ABŞ arasında memorandum 14 bənddən ibarətdir
- 12.06.2026 [12:03]
Yaponiya yeni nəsil H3 raketini uğurla orbitə çıxarıb
- 12.06.2026 [11:31]