TÜRKİYƏ RƏHBƏRLƏRİNİN MAAŞLARI TƏSDİQ EDİLMİŞDİR
Yeni il ərəfəsində Türkiyədə Prezidentin və Baş nazirin maaşları, habelə keçmiş dövlət və hökumət başçılarının yeni təqaüdləri təsdiq edilmişdir. 2006-cı ildə Prezident Əhməd Necdət Sezər 10 min, Baş nazir Rəcəb Tayyib Ərdoğan isə təqribən 6 min dollar məbləğində əmək haqqı alacaqlar.
Keçmiş prezidentlər Kənan Evren və Süleyman Dəmirələ təqribən 6 min dollar, sabiq baş nazirlər Bülənd Ecevit, Tansu Çillər, Ərbakan və Məsud Yılmaza isə 4,5 min dollar təqaüd müəyyənləşdirilmişdir.