Türkiyə Superliqası iyunun 10-da bərpa oluna bilər
Bakı, 25 aprel, AZƏRTAC
Koronavirus pandemiyasına görə dayandırılan Türkiyə Superliqasının matçları iyunun 10-dan sonra bərpa oluna bilər.
AZƏRTAC “TRT Spor” saytına istinadla xəbər verir ki, bunu Klublar Komitəsinin sədri Mehmet Sepil aprelin 24-də Gənclər və İdman naziri Mehmet Muharrem Kasapoğlu, Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir və yerli komandaların rəhbərliyinin iştirakı ilə keçirilən videokonfransda müzakirə olunan məsələlər barədə danışarkən deyib.
O bildirib ki, liqalar və kubok matçlarının startı üçün ehtimal olunan tarixlər iyunun 11, 12 və ya 13-dür. M.Sepil yarışları iyulun 26-dək başa çatdırmaq istədiklərini söyləyib. Klublar Komitəsinin rəhbəri qarşılaşmaların azarkeşsiz keçirilə biləcəyini də istisna etməyib.
Qeyd edək ki, Türkiyədə yerli liqalar martın 19-da dayandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [12:13]
Azərbaycanın sərbəst güləş millisi dünya çempionatına Qubada hazırlaşır
- 12.10.2026 [12:07]
Tahir Süleymanov: Uşaq futbolunda real nəticələr görmək istəyirik
- 12.10.2026 [11:55]
“Qalatasaray” – “Barselona” oyunu öncəsi 9 nəfər saxlanılıb
- 12.10.2026 [11:41]
Baş katib: Uşaq futbolunun inkişafı üçün vacib addımlar atılır
- 12.10.2026 [11:31]
AFFA yeni layihələrini ictimaiyyətə təqdim edib
- 12.10.2026 [10:47]
Montella Türkiyə millisindən ayrılması ilə bağlı təsirli paylaşım edib
- 12.10.2026 [10:17]