Türkiyə telekanalları Bakıda keçirilən Zəfər paradını canlı yayımlayıblar
Ankara, 10 dekabr, AZƏRTAC
Dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı Türkiyə telekanalları tərəfindən canlı yayımla nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birlikdə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını, eləcə də Qafqaz İslam Ordusu şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət etmələri də qardaş ölkənin telekanalları tərəfindən göstərilib.
Reportajlarda dövlət başçılarının paradda söylədikləri nitqlərindən ayrı-ayrı məqamlar təqdim olunub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara