Türkiyə və Ukrayna müdafiə sənayesində əməkdaşlığı genişləndirir
Ankara, 18 dekabr, AZƏRTAC
Türkiyədən pilotsuz uçuş aparatları alan Ukrayna bu modern avadanlıqla arsenalını gücləndirərək Qara və Azov dənizlərində müdafiə imkanlarını artırmaq niyyətindədir.
AZƏRTAC xəbər verir ki, Türkiyənin Müdafiə Sənayesi Baş İdarəsinin rəhbəri İsmail Demirin rəhbərlik etdiyi heyətin Ukraynaya səfəri çərçivəsində iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsinə dair memorandum imzalanıb.
Bu barədə Türkiyə Müdafiə Sənayesi Baş İdarəsinin “Twitter”dəki səhifəsində yer alan məlumatda bildirilib ki, Türkiyə ilə Ukrayna arasında müdafiə sənayesi sahəsində uğurlu əməkdaşlıq davam edir. Baş idarənin rəhbəri İsmail Dəmirin Kiyevə səfəri çərçivəsində imzalanan memorandumda Ukrayna dəniz donanması üçün ADA sinfinə daxil olan orta həcmli döyüş gəmiləri - korvet və PUA-ların alınması nəzərdə tutulub.
Ukraynanın müdafiə naziri Andrey Taran bildirib ki, Türkiyənin silahlı pilotsuz uçuş aparatları (SİHA) ən müasir silahlardır və onu təbliğ etməyə ehtiyac yoxdur.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:37]
Çexiyada işsizlik 4,4 faizə yüksəlib
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]
AI bumu fonunda retrokompüterlərə maraq artır
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]