Türkiyədə 532 FETÖ üzvünün saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat başladılıb
İstanbul, 26 aprel, AZƏRTAC
Türkiyə Silahlı Qüvvələrinin (TSK) FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının saxlanılması istiqamətində ölkənin böyük əksəriyyətini əhatə edən genişmiqyaslı əməliyyat başladılıb.
AZƏRTAC xəbər verir ki, İstanbul və İzmir baş prokurorluqları tərəfindən ölkənin 62 vilayətində paralel keçirilən əməliyyatlar zamanı TSK-nın terror təşkilatları ilə əlaqədə olmaqda şübhəli bilinən 532 üzvünün saxlanılmasına qərar verilib. Onlardan 459-u hazırda fəaliyyətdə olan hərbçilərdir.
Bu şəxslərin terror təşkilatının Türkiyə şəbəkəsinə daxil olduqları və bəziləri haqqında daha əvvəl ələ keçirilən FETÖ üzvləri tərəfindən etirafların edildiyi bildirilir.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [16:38]
Səudiyyə Ərəbistanı və Misir dəniz nəqliyyatı üzrə əməkdaşlığı gücləndirir
- 24.09.2026 [16:08]
Moskvada bir neçə ali məktəbdə tələbələr təxliyə edilib
- 24.09.2026 [15:42]
Almaniyada bu il iqtisadi artımın 1,3 faiz olacağı proqnozlaşdırılır
- 24.09.2026 [14:44]