Türkiyədə bir gündə koronavirusdan 23 nəfər ölüb
Ankara, 8 iyun, AZƏRTAC
Türkiyədə yeni növ koronavirusla (COVID-19) bağlı gündəlik testlərin aparılması davam edir. İyunun 7-də ümumilikdə 35 min 335 nəfər yoxlamadan keçirilib. Onlardan 914 nəfərdə virus aşkarlanıb.
AZƏRTAC Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, gün ərzində 2647 nəfər sağalıb, 23 nəfər dünyasını dəyişib. Bu gün sağalanların sayı dünənkindən 725 nəfər çoxdur.
Bu vaxtadək 2 milyon 338 min 593 nəfər koronavirus testindən keçirilib. Onlardan 170 min 132 nəfərdə virus aşkar olunub. Hazırda 613 nəfər reanimasiyada, 274 xəstə süni nəfər aparatına qoşulmuş haldadır. Hər iki halda artım müşahidə olunur. İndiyədək bu virusdan 4 min 692 xəstə dünyasını dəyişib, 137 min 969 xəstə sağalıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [12:29]
Fransada polis avtomobili etiraz aksiyası keçirən şagirdlərin üstünə sürüb
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]
Almaniyada iki dövlət məmurunu qətlə yetirən şəxs saxlanılıb
- 09.10.2026 [11:06]
Nepalda məktəb avtobusu qəzaya uğrayıb: 5 ölü, 14 yaralı
- 09.10.2026 [11:04]
İran uranın zənginləşdirilməsindən imtina etməyəcəyini bəyan edib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Əhalinin gəlirləri artıb
- [11:43]
Azərbaycanda ÜDM artıb
- [11:26]
Bu gün Ümumdünya Poçt Günüdür
- [09:37]