Türkiyədə instaqrama girişin bloklanmasının səbəbi açıqlanıb
Ankara, 2 avqust, AZƏRTAC
Türkiyədə avqustun 2-dən instaqram sosial şəbəkəsinə (“Meta” kompaniyasına məxsusdur) girişin bloklanmasının səbəbi açıqlanıb.
AZƏRTAC xəbər verir ki, sosial şəbəkənin bloklanması qərarını Türkiyə İnformasiya Texnologiyaları və Kommunikasiyalar İdarəsi verib. Bu addımın əsas səbəbi kimi Türkiyə Cinayət Məcəlləsinin 135-ci maddəsində göstərilən bir sıra cinayətlərlə bağlı risklərə məhəl qoyulmaması göstərilib.
İdarə həmin risklərin sırasında soyqırımı və insanlıq əleyhinə cinayətləri, Atatürkün xatirəsinin təhqir olunmasını, qəsdən adamöldürməni, azyaşlılara qarşı seksual zorakılığı, oğurluq və qarət hallarını, işgəncələri qeyd edib.
Türkiyə İnformasiya Texnologiyaları və Kommunikasiyalar İdarəsi bundan əvvəl bəyan etmişdi ki, sosial şəbəkəyə girişin bərpası instaqram rəhbərliyinin öz mövqeyini yenidən nəzərdən keçirməsindən asılıdır.
Ramin Abdullayev
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]